Əsas Səhifə > Siyasət, Manşet > İsmayıllıda məmur özbaşınalığı PİK HƏDDƏ ÇATIB...
İsmayıllıda məmur özbaşınalığı PİK HƏDDƏ ÇATIB...29-04-2021, 08:42 |
Məlumat üçün bildirək ki,İsmayıllı rayonunda baş verən məmur özbaşnalıqlarının əsası sabiq icra başçısı Nizami Ələkbərovun zamanında qoyulub. Sonradan rayona icra başçısı təyin olunmuş mərhum Mirdamət Sadıqovun zamanında bu uçurum daha da dərinləşdi. Təsadüfi adamlar rüşvət və sair şərtlər daxilində rayondaki idarə müəssisələrə təyinat almağa başladı. Bir sözlə sabiq icra başçısı özünə yaxın bildiyi bütün adamları rayondakı idarə müəssisələrə yığmaqla böyük bir ətraf “mafiya”-belə demək mümkünsə-yaratdı. Bu etdiklərindən yalnız sabiqin özü və ətrafı qazandı.Rayon camaatı isə hələ də itirə-itirə gedir. Ancaq bu gün sabiq başçı həyatda belə yoxdur, ancaq əməlləri göz qabağındadır və insanlar çətinə düşdükcə onu layiq olduğu tərzdə yad edirlər. Nəysə keçək mətləbə. Rayon səhiyyəsinin durumu göz önündədir. Burada açıq bazar qaydaları qüvvədədir. Yeri gəlmişkən dövlətin ağır xəstələrə ayırdığı dəva-dərmanların hansı şəraitdə harada satılması barədə növbəti yazılarımızda açıqlama verəcəyik. Rayonun təhsil müəssisələrində baş verən maxinasiya halları, kifayət qədər şikayətçilərin susdurulması və aldadılması halları, turizm mədəniyyət regional mərkəzindəki qanuna zidd əməllər, rüşvət halları, rayon məşğulluq mərkəzi, rayon subartizan quyulari və suvarma sistemləri idarəsi, kənd və qəsəbələrdə icra nümayəndə və bələdiyyə sədrlərinin özbaşnalıqları və sair faktlar mövcuddur. İsmayıllı şəhərində şəhər bələdiyyəsinin yarıtmaz fəaliyyəti, birinci qarabağ müharibəsi əlillərinə qarşı sərgilənən sayğısızlıq, axırıncı qarabağ savaşında əlil olmuş şəxslərə qarşı olunan biganəlik, onlara əlilliyin təyin olunmasında yaradılan süni əngəllər və sairlər. Hər gün rayon icra hakimiyyəti qarşısında şikayətçilərin olması və uzun illərdən bəri yiğılıb qalmış problemlərin həll olunmasını tələb etmələri bir daha göstərir ki, əhaliyə bu problemləri əvvəlki və hazıda hələ də vəzifə başında olan məmurlar yaradıb. Üstəgəl rayonda işsizlik əhalinin bir nömrəli problemidir. Əhalinin böyük hissəsi,xüsusilə gənclər işsizlikdən əziyyət çəkirlər. Rayon ərazisində inşa olunub, açılışı həyata keçirilmiş müəssisələrin demək olar ki, böyük əksəriyyəti işləmir. Əhali olduqca kasıb durumda yaşayır. İnsanlar gündəlik tələbatlarını belə ödəyə bilmirlər. Bəli, İsmayıllı rayonunda kompleks tədbirlər həyata keçirilməlidir. 2000-ci ildən bu yana bütün rəhbər vəzifələrdə çalışan məmurların fəaliyyəti yoxlanmalıdır. Bəli, rayonda rüşvət var, bu gün də rüşvətxorluq davam edir, rüşvətsiz heç bir iş aşırmaq mümkün deyil, hələ də harın məmurlar var və ölkə qanunlarını saya salmır. Ən azından bu məmurlarin hamısı tutduğu vəzifədən azad edilməlidir. Yoxsa rayon sürətlə problemlərə doğru gedir. Elçin İsmayıllı //azerinfo.az// dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |