Əsas Səhifə > Siyasət, Manşet > “Azərişıq”dan 800 minlik şübhəli müqavilə
“Azərişıq”dan 800 minlik şübhəli müqavilə10-06-2021, 09:35 |
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İntegras” MMC ilə 745 382.4 manatlıq satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, müqavilədə səyyar laboratoriya cihazılarının və uyğunlaşdırılmış xüsusi təyinatlı kiçik həcmli yük avtomobillərinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İntegras” MMC-nin 2 noyabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abdulla Şair küçəsi, ev 214, mənzil 99-da yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənova Məshəti Hüseynalı qızıdır. “İntegras” MMC-nin rəsmi veb-səhifəsi integras.az saytında şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi qeyd edilir. Məlum olur ki, inşaat şirkəti olan “İntegras” MMC əvvəllər “Starpen” adı ilə fəaliyyət göstərib. “İntegras” MMC-nin ümumi fəaliyyətinə plastik və alüminium sistemlərin (qapı və pəncərələrin) yığılması, quraşdırılması, hündür mərtəbəli binalara şüşə üzlüklərin vurulması, binaların ön hissəsinin kompozit panel ilə üzlənməsi, alüminium qapı və pəncərələrin, ofis arakəsmələrinin, fotoelement qapıların, giriş qruplarının, ventilyasiya edilən fasadların quraşdırılması və həmçinin də açar təmir-təslim layihələri daxildir. “Azərişıq” ASC-nin fəaliyyətinə yük avtomobillərinin icarəsi xidmətinin daxil olmayan əsasən inşaat işləri ilə məşğul olan bir şirkətlə belə bir müqavilə bağlaması maraqlı görünür. İddia oluna bilər ki, integras.az saytında “İntegras” adlı başqa bir şirkətdən bəhs edilir. Lakin vergi uçotuna alınmış vergi ödəyiciləri arasında başqa yalnız bir “İntegras” şirkətinin adına rast gəlinir ki, bu da “Azərişıq” ASC-nin müqavilə bağladığı “İntegras” MMC-dir. Beləliklə, “Azərişıq” ASC-nin maliyyə dəyəri 800 min manata yaxın olan satınalma müqaviləsi tenderin şəffaflığına şübhələr yaradır. Geri qayıt |