Əsas Səhifə > Siyasət, Manşet > Emin Əmrullayevin GECİKƏN ƏMRİ...

Emin Əmrullayevin GECİKƏN ƏMRİ...


2-07-2021, 10:42
Emin Əmrullayevin GECİKƏN ƏMRİ...
Əksər nazirliklər tərəfindən vətəndaşlara yaradılan süni maneə və əngəllər narazılıqlarla müşayiət olunur.
Belə nazirliklərdən biri də Təhsil Nazirliyidir. Son 10 ildə bu nazirliyə hüquqşünasların, dayoğlu, xaloğlu, biboğlu, yeznə, qayın və qeyri peşəkarların yerləşdirilməsi təhsil, onun inkişaf meyillərini bir qədər də zəiflətdi. Statistik rəqəmlərlə tanış olsaq, bunu təsdiqləyər.

Faktinfo.az saytının məlumatına görə, bu günün özündə də çevik idarəetmə sisteminin olmaması səbəbindən səthi məsələlər belə problemə çevrilir. Məsələn, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, bu ilin məzunlarından qalıq bir kəsri qalan tələbələrə onlayn imtahan götürülməsinə icazə verilməlidir. Hər il olduğu kimi, bu il də edilə biləcək güzəşt nazirin əmri olmaması səbəbindən rektorların dekanlara verə biləcək göstərişi əngəlləyir.Yəni, qalıq bir imtahan fənnindən 2 və ya 3 krediti qalan tələbə onlayn imtahan vermək üçün həftələrlə gözləməli olur.

Bununla da ölkə boyunca bütün universitetlərdə məzun adına layiq, hərbi xidmətə getməli olan onlarla tələbə Emin Əmrullayev və universitet rektorlarının çevik idarəetməyə malik olmamasından əziyyət çəkir.


Geri qayıt