Əsas Səhifə > Siyasət, Manşet > Siyəzəndə şəhid bulağının tikilməsi üçün ayrılan vəsaiti mənimsəyiblər?

Siyəzəndə şəhid bulağının tikilməsi üçün ayrılan vəsaiti mənimsəyiblər?


9-08-2021, 10:23
Siyəzəndə şəhid bulağının tikilməsi üçün ayrılan vəsaiti mənimsəyiblər?
Siyəzən rayon sakini Ruslan Quliyev dəfələrlə Azinfo.tv və Kendtv.info saytlarına video-müraciət göndərib. Müraciətdə rayondakı məmur özbaşınalığı, total saxtakarlıq halları, bürokratiya, rüşvət və korrupsiya hallarından danışılır. Şikayətçi iddia edir ki, bütün qanunsuz əməllərin başında icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev dayanır. Biz dəfələrlə prezident administrasiyasına, baş prokurorluğa və sair dövlət qurumlarına saysız-hesabsız müraciətlər etmişik, ancaq heç bir tədbir görülmür.





Rayon ərazisində yerləşən ulu öndərin adını daşıyan mərkəzin vəziyyəti olduqca gərgindir. Adam xəcalət çəkir ki, bu boyda dahi insana qoyulan hörmət budurmu? Novruz Novruzov danışanda deyir ki,biz ulu öndərimizə sadiqiq və onun siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyev cənablarının yürütdüyü daxili-xarici siyasəti dəstəkləyirik. Bu yalan kimə və nəyə xidmət edir? Əgər söylədiyiniz doğrudursa bəs niyə ulu öndərin adını daşıyan mərkəzin vəziyyəti sizi narahat etmir? Unutmayın ki, həyatda əldə etdiyiniz hər şeyə görə ulu öndərimizə minnətdar olmalısınız. Ancaq siz başqa işlərlə məşğul olursunuz.
Novruz Novruzov, siz bir neçə ay əvvəl dediniz ki,rayonun mərkəzində şəhidlərimizin adını daşıyacaq möhtəşəm bulaq tikilib istifadəyə veriləcək. Siz dediniz ki, bu məqsədlə otuz 30.000 min manat pul ayrılıb. Artıq iki aydan çoxdur ki, həmin bulağın tikintisi saxlanılıb. Bəs hara getdi 30.000 min manat? Niyə tikinti yarımçıq saxlanıldı?
Mən cənab prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm ki, Siyəzən rayonunda bütün sahələr üzrə maliyyə yoxlamaları aparılsın. Sonda mənzərə çox aydın şəkildə görünəcək.

Ruslan Quliyev.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
//azinfo.tv//


Geri qayıt