Əsas Səhifə > Siyasət, Manşet > KURYOZ OLAY: Səhv düşdü, adına ÖLÜM KAĞIZI YAZILDI...

KURYOZ OLAY: Səhv düşdü, adına ÖLÜM KAĞIZI YAZILDI...


12-08-2021, 11:09
KURYOZ OLAY: Səhv düşdü, adına ÖLÜM KAĞIZI YAZILDI...
Lənkəranın Cil kəndində maraqlı hadisə baş verib. Kənd sakininin adı sağ ikən ölülər siyahısına salınıb. İndi ölmüş adam sağ olduğunu isbat edə bilmir ki, bilmir. Bu barədə ilk məlumatı bloger Saleh Nəsirli yayıb.
Belə ki, atası rəhmətə getmiş Cil kənd sakini kənd həkimindən ölüm səbəbini açıqlayan arayışı alıb Lənkəran şəhər poliklinikasına müarciət edib. Xəstəxanada sıxlıq və böyük növbə olduğuna görə həkim deyib ki, şəxsiyyət vəsiqəsini və arayışı qoyub, gedin, 2 gün sonra gəlin. Həmin şəxs də bilmədiyi üçün ölən şəxsin yox, özünün şəxsiyyət vəsiqəsini qoyub gedib. Hər şey də bundan sonra başlayıb. 2 gün sonra isə sənədi geri alanda məlum olub ki, klinika atasını deyil, onu ölmüş şəxs kimi qeydiyyata alıb. Məsələ bundadır ki, siyahı Ədliyyə Nazirliyinə və ƏƏSMN-ə göndərildiyi üçün adam artıq “ölüb” , pensiyasını da kəsiblər. İndi çalışıb, vuruşur ki, pensiyasını geri alsın.

Qısası, “ölən şəxs” 2 aydır mübarizə aparır sağ olduğunu isbat eləmək üçün. Etika xatirinə adının çəkilməsini istəməyən vətəndaşın məsələsinin həlli üzərində iş gedir. Lakin bir dəqiqəlik diqqətsizlik nəticəsində yaranmış xətanı bir saata həll etmək mümkün olmur, bunun üçün aylar və xeyli səylər tələb olunur.

Ümumiyyətlə, bu dolanbaclı işlər nə zamana qədər davam edəcək? İndi ki, hər şey bir pəncərədən həll olunur, uzun-uzadı məktublaşmalara gərək yoxdur, komüterlər var, ümumi sistem var.

“Şəxsiyyət vəsiqəmin vaxtı bitib. Yenisini vermirlər ki, peyvənd olunmamısan. Peyvənd də vurmurlar ki, şəxsiyyət vəsiqənin vaxtı bitib. Bəs mən indi nağayrım?”. Öz ləhcəsində çox sadə, bir o qədər gülməli və bir o qədər çətin sualı mənə Ucar sakini verib. Ona görə çətin deyirəm ki, işin məmur ötür- ötürünə düşdüsə, dələ öz karuselində fırlanan kimi düşürsən sonsuz bir çarx dolaşığına.

Varı-dövləti başından aşan bir kişidən soruşurlar ki, sən çox səxavətlisən. Bununla belə varın-dövlətin də başından aşır. Bu qədər pulu necə qazanmısan? Kişi də cavab verir ki, Allahla yarışaraq.” O mənə verdi, mən də insanlara. O verdi, mən verdim... Allaha qalib gəlmək olarmı? Axırda o qazandı”.

Bu əhvalat hökumətimiz və xalqımız üçün bir az tərsinə şəkildə reallaşıb. Hökumətlə yarışırıq. Dövlətdən aldığımızı dövlətə veririk. Cərimə, kommunal xərc, vergi şəklində. O, cürbəcür qərarlar verir, biz cürbəcür cərimələr. O verir, biz də veririk. Bu vurhavurda, verhaverdə cuppulu maaşlarımızla ikimiz də qazanırıq. Dövlət vəsait qazanır, biz sadəcə, yarışı qazanırıq. Alırıq qoz, satırıq qoz, bizə qalır şaq-şaq səsi...
//bizimyol.info//


Geri qayıt