Əsas Səhifə > Siyasət, Manşet > "Araz" marketdə ŞÜBHƏLİ KAMPANİYA...
"Araz" marketdə ŞÜBHƏLİ KAMPANİYA...13-08-2021, 11:13 |
DİA.AZ: - "Bu gün (12 avqust) "Araz" marketdə belə bir halla qarşılaşdım". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda edilən şikayətdə qeyd olunur. Rəşad Quliyev adlı istifadəçi yazır: "Bu sosislər həm təkli, həm də 1+1 formada satılırdı. Birinin qiymətinə iki ədəd. Amma bir məqam diqqətimi çəkdi ki, iki cür satılan məhsulların istehsal tarixləri eyni olsa da, son istifadə tarixləri arasında 1 ay fərq varıydı. 1+1 olanların ömrü təkli satılanlardan 1 ay çox idi. Bundan nə anlayaq indi? Nədir, sosislər cüt olanda xoşbəxtlik hormonu olan seratonin ifraz edib daha gənc qalırlar, daha uzun ömürlü olurlar, tənha qalanlar yox?" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |