Əsas Səhifə > Siyasət, Manşet > Cənub meşələrinin torpağı da satılır...

Cənub meşələrinin torpağı da satılır...


15-09-2021, 09:34
Cənub meşələrinin torpağı da satılır...
Nadir ağac növləri ilə zəngin cənub meşələrinin məhv edilməsi ilə bağlı “Ecofront” təşkilatının apardığı yoxlamalar dəhşətli faktları ortaya qoymaqdadır. Artıq hakimiyyətə yaxın media qurumları da cənub meşələrindəki qırıntıları işıqlandırmağa başlayıb.

AzToday.az xəbər verir ki, yerli ekologiya işçiləri nəinki meşələrdə ağacları qırır, eləcə də meşə torpağını satır.

“Ecofront” könüllərinin yaydığı görüntülərdə Masallı meşələrində kamazlarla torpaq daşındığı əksini tapıb:

“Meşə fondu torpaqlarınının torpağını da daşıyırlar. Meşələri hər tərəfli talan edirlər

Cənub meşələrinin torpağı da satılır...

https://www.facebook.com/ecofront.az/videos/4189785824481695

Masallı meşəbəyliyi 24 saylı dolay

https://www.facebook.com/ecofront.az/videos/201435271933534

“4 gündür Masallı və Cəlilabad rayonları ərazisinə baxış keçiririk. Əsəblər tarıma çəkilib. Masallı RMTM-nin qanunsuz əməllərini paylaşıb qurtara bilmirik.

Təqribi hesablamamıza görə 1 hektara yaxın bu ərazidə meşə torpağının daşınmasına görə dəymiş ziyan 400-500 min manat civarındadır”

https://www.facebook.com/ecofront.az/videos/1244113292680177

Cənub meşələrinin torpağı da satılır...

Yerli sakinlər bildiriblər ki, meşə torpaqlarının satılmasının arxasında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abuturab Bağırov durub. “Ecofront”un yaydığı görüntülərdə Abuturab Bağırovla bağlı bir sıra ittihamlar yer alıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, Abuturab Bağırov 2011-ci ildə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsindən azad edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yer alan məlumata görə, aşkar olunmuş faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunmuş, meşəbəyi Oktay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülmüşdür.

Abuturab Bağırovla bağlı həmçinin 2012-ci ildə məhkəmə hökmü olub. Həmin məhkəmə qərarında Abuturab Bağırovun meşə torpaqlarının satılması prosesində də iştirak etdiyi vurğulanır:

Cənub meşələrinin torpağı da satılır...
Cənub meşələrinin torpağı da satılır...
Cənub meşələrinin torpağı da satılır...

Göründüyü kimi, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun zamanında işdən qovulan və barəsində sərt tədbirlər görülən adamı indiki nazir Muxtar Babayevin rəhbərliyi altında əvvəlki qanunsuzluqlarını davam etdirir…



Geri qayıt