Əsas Səhifə > Siyasət, Manşet > Vərəm xəstəsinin də pulunu kəsiblər...
Vərəm xəstəsinin də pulunu kəsiblər...16-09-2021, 08:34 |
İsmayıllı rayon Qubaxəlilli kənd sakinləri ata Nazim Şirinov,ana Heyvaxanım Şirinova övladları Murad Şirinovun əlillik təqaüdünün kəsilməsi ilə bağlı etiraz edərək bir sıra KİV-lərdə ətraflarında baş verənlərin ictimailəşdirilməsini istəyirlər. Nazim Şirinov.Oğlum açıq vərəm xəstəsidir.Uzun illərdir ki,bu xəstəlikdən əziyyət çəkir və müalicə olunur.2015-ci ildən etibarən 2-ci qrup olaraq təqaüd alır.Ancaq bu ilin əvvəlindən təqaüdünü kəsiblər.Mən bu ilin fevral ayında oğlumu Bakıda Günəşlidə,Qara Qarayevdə, sonradan təkrarən Türkanda, Zığda və sair yerlərdə xəstəxanalarda müalicə-müayinə elətdirmişəm.Hətta bir ay müddətində xəstəxanada qalaraq müalicə olunub.Bütün bunlara görə mən bütün həkimlərə pul vermişəm.Hətta oğlumun xəstəxanada qalmasına görə gecəsinə görə pul vermişəm.Ancaq axırda imtina cavabı gəldi.Bu qanunsuz əməllər nə vaxta kimi davam edəcək?Sahil Babayev nə işlə məşğuldur,niyə qanımıza susayıb? Bakıda bütün həkimlər məndən rüşvət tələb edərək alıblar.Hətta bir göndəriş vərəqinə görə 100 manat,nə bilim 20 manat,5 manat,50 manat alıblar bir sözlə, dilənçilərə,reketlərə rast gəlmişik.Bu ölkədə qanunlar niyə işləmir? Heyvaxanım Şirinova.Oğlum Murad Şirinov 1994-95 -ci illərdə həbsxanada olan zaman, Bayıl həbsxanasında bu xəstəliyə yoluxub.Orada onu dövlət müalicə etmədi.Orada biz oğlumuzu müalicə etdik və sonradan mərhum prezident Heydər Əliyevin əfv sərəncamı ilə oğlum vərəm xəstəsi olduğu üçün azadlığa buraxıldı.Dəfələrlə biz onu daxili qanaxma ilə təcili Bakıya aparmışıq.Yəni Sahil Babayev sənədlərə baxsın,biz övladımızı pul ilə təqaüdə çıxarmamışıq.Mən özüm də xəstəyəm.Öz təqaüdüm öz dərmanlarıma çatmır.İndi necə edək,necə yaşayaq?Belə özbaşınalıq olar?Ölkədə hara gedirsən rüşvət, problem,süni əngəl.Yaxşı, əgər təqaüdünü kəsəcəkdilərsə,yenə imtina verəcəkdilərsə,onda niyə bizi xərcə salırdınız?Bu adamı niyə aylardır xəstəxanalarda süründürərək müflis edirsiniz? Mən prezidentə müraciət edərək kömək istəyirəm. Mən Mehriban Əliyevaya müraciət edərək kömək istəyirəm. Mən nazir Sahil Babayevə müraciət edərək kömək istəyirəm.Axı belə özbaşınalıq, belə ədalətsizlik olmaz. Redaksiyadan:Şirinovlar ailəsi bu məsələdə tamamilə haqlıdır.Çünki Sahil Babayev və başının quldur dəstəsi onlara qarşı amansız hərəkət edib.Ağır xəstə olduğu halda Murad Şirinovun təqaüdünün kəsilməsi yalnız erməni xislətindən,insanlara zülmdən başqa bir şey deyil. Qarşı tərəfi dinləməyə hazırıq. Azinfo.tv Kendtv.info Geri qayıt |