Əsas Səhifə > Siyasət, Manşet > Şəmkirdə təzə başçının PİŞVAZINA NECƏ ÇIXIBLAR...
Şəmkirdə təzə başçının PİŞVAZINA NECƏ ÇIXIBLAR...15-10-2021, 09:44 |
Bu ilin iyul ayında Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüququ Şəxsə direktor vəzifəsinə təyin olunan Emin İsmayılov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir filialının rəhbəri vəzifəsində çalışıb. Özü ilə xəstəxananın idarəetmə işinə bəzi “yeniliklər” gətirib ki, bunu da fəaliyyətə başlayandan iki ay sonra tətbiq etməyə başlayıb. Amma onu da nəzərdən qaçırmaq olmaz ki, bir ay əvvəl Şəmkirdə sosial — ictimai həyatın bütün sahələrinə sirayət edəcək başqa bir mühüm hadisə baş verib: Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli müvafiq Sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Söhbət dolaşır ki, rayon mərkəzi xəstəxanasınıln direktorunun tətbiq etdiyi son “yenilik” də elə təzə başçını layiqincə qarşılamağa xidmət edir. “Yenilik” ondan ibarətdir ki, RMX üzrə sentyabr ayının maaşlarınıln ödənişində bir çox həkimlərin məvacibindən 100, tibb bacılarının əmək haqqından isə 50-70 manat “kəsilib”. Bu barədə saytımızın elektron poçtuna məlumat verən yerli tibb işçiləri narazılıqlarını ifadə ediblər. Məlumatda qeyd olunur ki, zəhmətlərinin ucuzlaşdırılmasını təəccüblə qarşılayan şəmkirli həkim və tibb bacıları səbəbini xəstəxananın mühasibi olan Rahilə xanımdan soruşublar. Mühasib əvvəlcə maaşlardan müəyyən məbləğin saxlanılması tapşırığının rəhbərlikdən gəldiyini ağzından qaçırsa da, sonradan sözünü dəyişərək, “yaddan çıxıb” deyib. Aydın məsələdir ki, mühasibatda “yaddan çıxma”, yaxud, rəqəm səhvi kimi yanlışlıqlar bir, ya da ən çoxu iki işçinin məvacibinin hesablanılmasında yol verilə bilər ki, bu da çox keçmədən aradan qaldırılmalıdır. Amma bu neqativ halın kütləvi surətdə baş verməsi yolverilməzdir. Məsələ ilə bağlı mövqeyini öyrənmək üşün xəstəxananın baş həkimi Elçin həkimlə telefon əlaqəsi saxlayıb suallarımızı verdik. Baş həkim müəssisənin maliyyə məsələləri ilə direktorun məşğul olduğunu dedi. Direktoru aradıqda isə bizi acıqlı qarşıladı və dəstəyin o başından: “Siz kimsiniz ki, bu məsələni araşdırırsınız? Qoy bu işlə prokurorluq məşğul olsun” – deyə hirsli casvab verdi. Direktorun acıdilliyini bəlkə də onu hazırki vəzifəyə təyin etmiş Ramin Bayramlının TƏBİB rəhbərliyindən kənarlaşdırılması ilə əlaqələndirmək olar. Ya da ola bilsin, o, artıq prokurorluqla da “dil tapmağı” bacardığından özünəgüvənlidir. Ona görə məcbur olub Şəmkir Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Natiq Qələndərovla əlaqə saxladıq. Natiq bəy özünün rəhbərlik etdiyi şöbənin yalnız rəsmi xəbərlər yaydığını, masalarında bizə məlum informasiyanın olmadığını bildirdi. O məsləhət verdi ki, bu işlə bağlı suallarımızı mətbuat xidmətinin məsul işçisi Elgün Seyidova verin. Təssüf ki, Elgün müəllimə dəfələrlə etdiyimiz zəng və mesajlarımız da cavabsız qaldı. Sonradan yeni yaranmış suallarımızı adlarını çəkdiyimiz vəzifəli şəxslərə ünvanlamaq üçün təkrar zənglər etsək də, telefonlara cavab vermədilər. Onsuz da həmin şəxslərin səmimiliyi bizdə şübhə doğurub. Ola bilməz ki, sıravi həkim və tibb bacılarının məvacibi “qayçılansın”, baş həkimin yox, O da ola bilməz ki, baş həkim əmək haqqının qəfil azalmasının səbəbini müəyyənləşdirməyə cəhd eləməsin. İnanmaq istəyirik ki, hörmətli Rəşad Tağıyevin Şəmkir RİH başçısı kimi fəaliyyəti daha əvvəl işlədiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki fəaliyyətindən daha məhsuldar, Vüqar Qurbanovun fəaliyyəti isə sələfi Ramin Bayramlının işindən daha düşərli olacaq və onların köməkliyi ilə tezliklə bizim araşdırdığımız bu məsələyə aydınlıq gətiriləcək, şəmkirli həkimlər nigarançılıqdan qurtulacaqlar. Deryaz.az Geri qayıt |