Əsas Səhifə > Siyasət, Manşet > "Yoldaş Alxasovdan canımız nə vaxt XİLAS OLACAQ?"

"Yoldaş Alxasovdan canımız nə vaxt XİLAS OLACAQ?"


19-10-2021, 10:02
"Yoldaş Alxasovdan canımız nə vaxt XİLAS OLACAQ?"
DİA.AZ: - "Bu gün Qusar camaatının heç bir problemi yoxdur. Tək problemimiz icra başçısıdır. Çünki harda problem varsa, arxasında səbəb kimi Qusarın icra başçısı Şair Alxasov dayanır". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza şikayət edən qusarlılar bildirir.

Daha sonra narazı vətəndaşlar yazır: "Şair Alxasov Qusarda əməlli-başlı rejim qurub. Əslində Qusarda imkanı olan Rusiyaya üz tutur. Çünki Şair Alxasov belə istəyir. O, rayonun tam ağasıdır. Rayondakı bütün gəlirli yerlər ya ona, ya da hansısa qohumuna aiddir.

Şair Alxasovda hara şikayət ediriksə, xeyir də olmur. Ona görə də çarəsiz qusarlılar rayondan getməkdən başqa yol görmürlər.

Bu gün bütün Qusarı düşündürən bir sual var: Yoldaş Alxasovdan canımız nə vaxt qurtaracaq?

Əgər "yuxarılar" bu barədə qərar verməsə, bir-iki ilə Qusarda qusarlı tapılmayacaq...."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt