Əsas Səhifə > Siyasət, Manşet > TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi...
TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi...28-10-2021, 08:43 |
Mövzuya ondan başlayaq ki, 1 ilə yaxındır ki, səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunub. Və onu Teymur Musayev əvəz edir. Bəli əvəz edir. Bəyənmədiyimiz sovet dövründə İ.O ( ispoln.obyaz) deyilən, yəni müvəqqəti əvəz edən, icra edən məsələsi var idi. İ.O-nun müddəti bir neçə ay ola bilərdi. Cənablar, Allah qoymasa, 1 il İ.O olar ? Özü də NAZİR ee... Məlumdur ki, ölkəmizdə Səhiyyə Nazirliyindən sonra bu sferada 2-ci ən mühüm qurum “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB-dir. Bildiyimiz kimi bu qurumun sədri Ramin Bayramlı da xeyli müddətdir vəzifəsindən istefa verib və onu da xeyli vaxtdır yenə Allah qoymasa, Vüqar Qurbanov müvəqqəti əvəz edir, yəni o da İ.O-dur. Cənablar, başa düşürsünüzmü, dünyada və ölkəmizdə dəhşətli pandemiya tüğyan edir. Bu vəziyyətdə ölkə səhiyyəsinə cavabdeh olan 2 mühüm vəzifənin ikisi də xeyli müddətdir İ.O-dur. Anladınızmı ? İkincisi, TƏBİB-in yeni müvəqqəti sədri Vüqar Qurbanov hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu bir əldə iki qarpız tutmaqdır. Bu adam iki mühüm vəzifənin öhdəsindən necə gəlir ? Görəsən bu ölkədə 4-5 nəfər savadlı, təcrübəli, ləyaqətli tibb mütəxəssisi yoxdur ki, bir adam bir əlində 5 qarpız-vəzifə tutur ? Əslində açıq deməliyik ki, bu millətin başında dəlləklik öyrənməkdir. Millət sizin üçün “ eksperiment dovşanı” deyil e...üstündə təcrübə keçəsiniz... Daha bir mühüm məsələyə toxunaq. Bu yaxınlarda ölkənin savadlı, təcrübəli həkimindən soruşmuşdular ki, sizə səhiyyə naziri vəzifəsi təklif olunsa, razı olardınızmı ? Cavab doğrudan da heyrətamiz idi: Əlbəttə, qəbul edərəm, amma şərtim olacaq, rüşvət almayacam, heç kimə rüşvət verməyəcəm, heç kimi eşitməyəcəm, dost-tanışı vəzifələrə doldurmayacam, razıdılarsa, nazir olaram... Çox ağrılı və ibrətamiz cavabdır. Bəli, bütün problemlər bu qısa cavabda gizlənib, başqa söhbət ola bilməz. Bir məsələni ötən yazımızda qeyd etdiyimiz üçün təkrarçılığa varmaq istəmirik. Amma qısaca qeyd edək ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nəyə lazımdır, TƏBİB varsa, Səhiyyə Mərkəzini nə üçün yaradırlar ? Belə paralel qurumlar həm dövlətin cibinə ziyandır, həm də millət ortada çaş-baş qalır. Bəli, vətəndaşlar bir-birinə bənzəyən qurumlar arasında günlərlə, bəzən aylarla vaxt itirməli olurlar. Sözün qısası, paralel qurumların olmasının dövlət və cəmiyyət üçün heç bir faydası yoxdur, əksinə problem mənbəyidir. Bu mövzuda yazdığımız üçün mövzunu uzatmırıq. İndi görək, TƏBİB-in müvəqqəti sədri Vüqar Qurbanov nə işlərlə məşğuldur ? Onun qaranlıq işlərini qoyuruq bir kənara və rəsmi xəbərlərə istinad edirik. Hər gün mətbuatda Vüqar Qurbanovun əmrləri ilə tanış oluruq: Onu vəzifəsindən çıxardır, bunu qoyur, bunu azad edir, o birisini vəzifəyə təyin edir və s. Hamısı da Allah qoymasa, baş həkim, direktor, təsərrüfat məsələləri üzrə direktor müavini və s. Çıxardıb-qoymaqla nəsə dəyişirmi, cənablar ? Əlbəttə, yox. Əgər dəyişsəydi, Əlini çıxardıb Oqtayı qoyanda dəyişərdi də... TƏBİB-in İ.O sədri yuxarıda qeyd etdiyimiz kimi hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu adam deyir ki, “ 900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib”, yəni guya 900 min insan az vaxtda pulsuz müalicə olunub, ağır cərrahi əməliyyatlardan çıxıb. İnanan daşa dönsün, Vüqar Qurbanov. Camaat pulsuz 1 tabletka qarınağrısı dərmanı ala bilmir, bu da pulsuz bahalı əməliyyatlardan, 900 min insandan danışır... Ayıbdır e, insan nə qədər yalan danışar. Vüqar Qurbanov deyir ki, “İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yüksək inkişaf mərhələsinə qədəm qoydu”. Ay adam, sən hansı inkişafdan danışırsan ? Şair demişkən, kimi aldadırsan, ay zalım oğlu ? “Revizor” Nurməmməd Yarıyevi Tibbi Mərkəzə direktor qoymaq inkişafdır, Vüqar Qurbanov ? Vüqar Qurbanov, bəlkə inkişaf deyəndə bu yaxınlarda tabeçiliyində olan qurumlara göndərdiyin müraciəti deyirsən ? Əlimizdə olan sənəd də sübut edir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun adından tabeliyində olan tibbi müəssisələrinə göndərilən rəsmi məktubda qeyd olunur ki: “İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən”, “İdarə Heyətinin sədr əvəzi” və s kimi qeyd olunaraq göndərilən məktublar tərəfimizdən qəbul olunmayacaq. Vüqar Qurbanov, bu müraciətiniz, səhiyyəmizin rüsvayçı durumunun bariz nümunəsidir. Qalanı detallardır... //gundelik-baku.com// Geri qayıt |