Əsas Səhifə > Siyasət, Manşet > İsmayıllıda nazirliyin TƏFTİŞ ŞOUSU...
İsmayıllıda nazirliyin TƏFTİŞ ŞOUSU...1-11-2021, 09:08 |
Bir müddət əvvəl İsmayıllı rayonu regional mədəniyyət və turizm mərkəzində uzun illərdir ki, baş vermiş və yaxın aylara kimi davam etmiş müdhiş mənimsəmə ilə bağlı yazı dərc edərək, əlaqədar qurumları bu sahədə ciddi maliyyə yoxlamaları aparmağa səsləmişdik.Çünki burada dövlət vəsaitlərinin ayrı-ayrı şəxslər tərəfindən mənimsənildiyindən söhbət gedir. Bu gün aldığımız məlumata görə artıq qeyd olunan nazirliyi təmsil edən bir qrup maliyyə müfəttişi regional mərkəzi yoxlamaq üçün İsmayıllıya təşrif buyurmuşlar.Daha doğrusu həmin yoxlama qrupu dünən 28 oktyabr tarixində rayona gəliblər. Aldığımız məlumata görə yoxlamaya mane olan bir neçə şəxs ya onların yaxınları var. Qeyd etmək istəyirik ki,baş verənləri yaxından izləyir və yekunda bizim də bəzi arqumentlərimiz olacaq.İnanmaq istərdik ki, dövlət başçısının verdiyi tapşırıqlar burada da uğurla həyata keçiriləcək.Əgər qeyd olunan sahədə baş verən qanunsuzluqları ört-basdır etməyə cəhd olunsa mətbuat buna susmayacaq. Əlimizdəki tutarlı faktlarla sonu gözləyirik. //azinfo.tv// Geri qayıt |