Əsas Səhifə > Siyasət, Manşet > “Emin Əmrullayevə yazsam da...”

“Emin Əmrullayevə yazsam da...”


3-11-2021, 08:53
 “Emin Əmrullayevə yazsam da...”
Füzuli rayon şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd orta məktəbi acınacaqlı vəziyyətdədir.
Bizimyol.info xəbər verir ki, bu barədə məktəbin müəllimi Mədinə Hallacova məlumat verib. O bildirib ki, məktəbdə nə istilik, nə su, nə də kanalaizasiya təminatı yoxdur.

“Hazırda fəaliyyət göstərdiyim məktəb 2000-ci ildə dövlət proqramı ilə təmir olunub.

Şəhid Əkrəm Səlimovun adını daşıyan bu məktəbin 80 məzunu Vətən müharibəsinin iştirakçısı olub. Onlardan biri Vətən müharibəsi qəhrəmanı adı alıb. Hansıki cənab prezident İlham Əliyev və Mehriban Əliyevanın Füzuli ictimaiyyəti ilə görüşündə iştirak edən Elvin Səfərovdur. Məktəbimizin 6 məzunu Vətən müharibəsi şəhididir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı ümumi olaraq 100-dən çox məzunumuz döyüşlərdə olub

Müraciətimizin səbəbi məktəbimizin su, kanalizasiya, istilik sisteminin çox yarıtmaz halda olması ilə bağlıdır. İllərdir ki, istilik,su, kanalizasiya təminatı yoxdur. Bildirmək istəyirəm ki, hazırda bu məktəbdə 9 şəhid övladı və şəhid qardaşı təhsil alır. Mən bir müəllim kimi bu şəraitsizliyi necə izah edəcəyimi bilmirəm.

Keçən il dəfələrlə QHT-lərə, Təhsil naziri Emin Əmrullayevə ərizə ünvanlamışam. Lakin heç bir nəticə olmayıb. Məktəbimiz 2020-2023-cü il dövlət proqramında əsaslı təmirə düşsə də hələ heç bir nümayəndə bizim məktəbə göndərilməyib və şəhid övladlarının hansı formada təhsil aldığı ilə maraqlanılmayıb.

Media vasitəsi ilə vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirik ki, bizə dəstək olasınız”,- deyə müraciətdə bildirilir.

 “Emin Əmrullayevə yazsam da...”
 “Emin Əmrullayevə yazsam da...”
 “Emin Əmrullayevə yazsam da...”
 “Emin Əmrullayevə yazsam da...”



Geri qayıt