Əsas Səhifə > Siyasət, Manşet > İnam Kərimovun Zamin Məmmədov adlı PROBLEMİ...
İnam Kərimovun Zamin Məmmədov adlı PROBLEMİ...18-11-2021, 09:24 |
Kənd Təsərürfatı Naziri İnam Kərimovun Korrupsiya və dələduzlluq əməlləri ilə ad çıxaran Zamin Məmmədovu Mərkəzi Aran Regional İdarəsinə direktor təyin etməsi yeni özbaşınalıqlara yol açıb. Azinforum.az-ın xəbərinə görə Kənd Təsərürfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni təyin edilən direktoru ilə bağlı ciddi narazılıq yaranıb. Əziz oxucular Mərkəzi Aran Regional İdarəsinə (keçmiş Dostluq savxozuna) yeni təyin edilən direktor sabiq Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və ixtisasca baytar olan Zamin Məmmədovdur. Bu həmin Zamin Məmmədovdur ki, bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib və korrupsioner və dələduz məmur kimi ad çıxarıb. Zamin Məmmədovu bu vəzifəyə , “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun həyat yoldaşının yaxın qohumu olduğu üçün təyinat alıb. Zamin Məmmədov direktor təyinatı alandan sonra onun adamları Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinin torpaqlarını satışa çıxartmağa başlayıb. Belə ki, yeni direktor Zamin Məmmədovun adamı kimi özünü təqdim edən Vaqif İsmayılov adlı şəxsin günlərdir müxtəlif şəxslərlə toplantı keçirərərək savxozun torpaqlarını necə ələ keçirilməsi planlarını muzakirə etdiyi deyilir. Zamin Məmmədovun Mərkəzi Aran Regional İdarəsi ilə tanış olmağa gələndə isə onun arxasında sabiq nazir Ziya Məmmədovun və Fəda Abbasovun dayandığını açıq şəkildə dilə gətirib. Əslində Beyləqan Mərkəzi Aran Regional İdarəsində sonuncu direktoru olmuş Hikmət Ağayevdə işlərinin öhdəsindən düz-əməlli gələ bilmirdi. Ancaq buna baxmayaraq keçmiş direktor vətəndaşlardan çəkindiyi üçün savxozun torpaqlarını satmırdı. Ancaq hələ direktor təyinatı təsdiq edilməyən Zamin Məmmədovun adamları indidən qarğa-quzğun kimi Mərkəzi Aran Regional İdarəsinin torpaqlarına hücum çəkiblər. Görünür “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov korrupsioner və dələduz qohumu Zamin Məmmədovun əli ilə savxozun münbit torpaqlarını kənardan gələn müxtəlif iş adamlarına satmaqla yaxşıca varlanmaq niyyətindədirlər. Beyləqan sakinləri qeyd edirlər ki, Mərkəzi Aran Regional İdarəsində baş verənlərdən Kənd Təsərrüfatı Naziri İnam Kərimov və “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun ciddi nöqsanıdır. Nazir İnam Kərimov adı korrupsiya və dələduzluğa bulaşmış Zamin Məmmədov kimi birisinin Fəda Abbasovun istəyi ilə direktor təyin edilməsinə göz yumub. Çünki Zamin Məmmədov və ətrafı Mərkəzi Aran Regional İdarəsinin torpaqları açıq şəkildə dağıdılır. Qeyd edək ki, ötən il mətbuatda ilə 23 nəfər usta və fəhlənin adından Zamin Məmmədovla bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova şikayət ünvanlanıb. Həmin şikayətdə fəhlələr bildirirdilər ki, “Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini ötən ilin may ayından dekabr ayının sonuna qədər Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”. Şikayətçilər qeyd ediblər ki, Zamin Məmmədov onlarla bərabər xeyli sayda digər şəxsləri də aldadıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir, onu evdə tapa bilmirdilər… Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir.” Bundan başqa Zamin Məmmədov Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə “Şərq Bazarı” Ticarət Kompleksinin rəhbərliyindən və bazarın satıcılarından hiylə yolu ilə üst-üstə külli miqdrada pulllarını alaraq onları aldadıb. Həmin vaxt Zamin Məmmədov satıcılara söz verib ki, “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutları açdıracaq. Zamin Məmmədovun Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə xeyri sayda sahibkarı aldatması və hələdə onlardan mənimsədiyi pulları geri qaytarmadığı bildirilir. Həmçinin Kənd Təsərrüafatı naziri İnam Kərimov iyunun 1-də Mərkəzi Aran Regional İdarəsinə təyin etdiyi Zamin Məmmədov direktor kimi yox əsl OLİQARX kimi fəaliyyətdədir. Direktor iş yerinə 3 ay müddətində işlədiyi rəis postu sayəsində yeni aldığı 10-KK-100 seriyalı son model “Land Rover” markalı avtomobillə və bir neçə cangüdənlə gəlir. Bu avtomobilin qiyməti ən azı 150 min manatdır. Sizcə belə bir avtomobillə işə gələn şəxsin işində necə şəffavlıqdan danışmaq olar. Korrupsiya və dələduzluqda məşğul olan bir şəxsin Mərkəzi Aran Regional İdarəsinə direktor təyin edilməsi isə biabırçılıqdan başqa bir şey deyildir. //Azinforum.az// Geri qayıt |