Əsas Səhifə > Siyasət, Manşet > Korrupsiya qoxulu SIĞORTA ŞƏBƏKƏSİ...
Korrupsiya qoxulu SIĞORTA ŞƏBƏKƏSİ...1-12-2021, 09:18 |
Son dövrlərdə adı korrupsiya hallarında səslənən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov haqqında daha bir jurnalist araşdırması aparılmışdır. Ötən dövr ərzində bir neçə dəfə işlədiyi qurumda yol verdiyi qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində kifayət qədər sübutlarla hazırlanmış xəbərlərin ictimailəşməsinə baxmayaraq qurumun rəhbəri haqqında sığorta sektoruna nəzarət funksiyasını həyat keçirən Mərkəzi Bank tərəfindən heçbir tədbir görülməməkdədir. İcraçı direktorun qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən kobudcasına sui-istifadə etməsinə dair Mərkəzi Banka dəfələrlə Büronun əməkdaşları tərəfindənmüraciət edilməsinə baxmayaraq müraciətlər nəinki cavabsız qalmış hətta şikayətlər ört basdır edilmişdir. Əlbəttə ki, R.Əhmədova bucür dəstək səbəbsiz deyildir. Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktorudur və eyni zamandada maraqlı şəxs olmasına və Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.1 maddəsinə (xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq) zidd olmasına baxmayaraq ödənişli əsaslarla Standard İnsurance sığorta şirkətinin ləğvetmə komisiyasının sədri təyin edilmişdir. Asan anlaşılan olsun deyə belə deyək ki, sığorta hadisəsi zamanı vətəndaşın mülkünə ziyan dəyən zaman zərəri qiymətləndirmə, dəymiş zərəri ödəmə və bütün sənədləşmələri həyata keçirmək kimi bir çox səlahiyyətlər eyni adama verilmişdir ki, buda böyük sui-istifadə hallarına şərait yaratmaqdadır.Hər iki yüksək strateji vəzifənin rəhbəri olmasından istifadə edən direktor üst qurumlara öz dırnaq arası qabiliyyətini sırımaq məqsədilə əmək məcəlləsini və qanunvericiliyi kobudcasına pozaraq Büronun əməkdaşlarının əksəriyyətini əməklərinin qarşılığının ödənəcəyi vədi ilə Standard İnsurance sığorta şirkətinin ləğvetmə prosesinə cəlb etmiş və onların əməyini qanunsuzcasına istismar etmişdir. Nəzərinizə çatdıraq ki, araşdırma nəticəsində rəhbərin ləğvetmə prosesində özünə yaxın olan kadrları yüksək səviyyədə maddi mükafatlarla qiymətləndirməsinə, özünə yüksək əmək haqqı təyin etməsinə baxmayaraq digər işçilərin haqqı tapdanılmışdır. Beləki bir müddət sonra aldandıqlarını və onlara heçbir ödənişin ödənməyəcəyini dərk edən işçilərdən bəziləri öz haqqlarına tələb etdiklərindən uzaqlaşdırılmış bəziləri isə ədalətin bərpası üçün məhkəməyə üz tutmuşdurlar.Elə bu səbəbdəndir ki, artıq 3 əməkdaş haqqlarının bərpa edilməsi iddiası ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və hal-hazırda məhkəmə prosesləri davam etməkdədir. Bu şübhələrdən yola çıxaraq bütün səlahiyyətlərin nəyə əsasən bilərəkdən bir şəxsə verilməsinə mötəbər qurum sayılan Mərkəzi Bankın səlahiyyətli şəxsləri tərəfindən göz yumulması araşdırılmışdır. Ləğvetmə prosesi eləcədə İcbari Sığorta Bürosunun fəaliyyətinə nəzər saldıqda aydın olur ki, bu qurumu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevlə sıx bağlayan bir neçə incə məqamlar vardır. Məlumatınız olduğu kimi sığorta şirkətlərinin fəaliyyətlərinin əsas hissəsini avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü təşkil edir. Avtomobillərin icbari sığortası üzrə əsas funksiyalardan biridə qəza zamanı zərər dəymiş avtomobillərin sığorta şirkətləri tərəfindən avto servislərdə təmir etdirilməsidir. Belə ki, Standard İnsurance sığorta şirkətitərəfindən qəza nəticəsində təmirə ehtiyacı olan bütün avtomobillər bağlanılmış müqavilə əsasında şişirdilmiş qiymətlərlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən CARPOİNT avtoservisinə yönləndirilməkdədir. İlkin araşdırmamız zamanı isə CARPOİNT servisinin Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyevə məxsusluğu müəyyənləşdirilmişdir. Servisin direktoru isə onun oğlu Natiq Quliyevdir. Servisdə avtomobilimizi təmir etdirməyə çalışdıqda isə orada çalışan ustalardan alınan məlumata əsasən servisin Alim Quliyevin oğlu Natiq Quliyev tərəfindən idarə edilməsi öz təsdiqini əyani olaraq tapmışdır. Bundan əlavə İcbari Sığorta Bürosuna məxsus xidməti avtomobillərində baxımı həmin servisdə həyata keçirilməkdədir. Qurulmuş mükəmməl mexanizm vasitəsilə qəza nəticəsində təmirə ehtiyacı olan avtomobillərin sahibləri olan siravi vətəndaşlar bu servisə yönləndirilir və təmir bitdikdən sonra isə təmir haqları Rəşad Əhmədov tərəfindən Alim Quliyevin servisinə ödənilir. Yəqinki, bu kimi səbəblərdəndir ki, adı bir neçə dəfə korrupsiya faktlarında hallanan və öz əməkdaşları tərəfindən dəfələrlə şikayət edilməsinə, işlərin məhkəmə müstəvisinə keçməsinə baxmayaraq haqqında tədbir görülməyən direktorhələdə öz əməllərinə davam etməkdədir. Mərkəzi Bank tərəfindən bilərəkdən nəzarət edilməyən qurumun rəhbərinin başı son illərdə İSB-nun hesabına vəsaitlərdən qeyri qanuni şəkildə istifadə edərək özünə lüks həyat tərzi yaratmağa qarışmışdır. Xarici ölkələrə səfər etməyi sevən rəhbər qurumun hesabına Avropanın məşhur ölkələrinə lazımsız ezamiyyətlər təşkil edərək orada özünün tapşırığına əsasən İcbari Sığorta Bürosunun bank hesablarına bağlı müxtəlif valyutalı korporativ kartlar ilə lüks həyatını davam etdirmək məqsədilə qanunsuz xərcləmələr etməkdədir. Ölkənin sığorta bazarı üçün strateji ehtiyyat fondu olan ictimai təşkilatın idarəetməsinə məsul olan şəxs ölkədə olduğu müddətlərdə də yüksək əmək haqqı almasına baxmayaraq xalqın vəsaitləri hesabına brend otel və restoranlarda nahar və şam etməkdən çəkinməmişdir. Əldə etdiyimiz bir neçə bank çıxarışlarını nəzərinizə çatdırırıq: Corporate bank account - Description Money out (AZN) EXD~****2712~52.9~AZN~CAFE CITY 1~10294676~9916 53 EXD~****2712~252.5~AZN~NAMLI KEBAB~10314178~9923 253 EXD~****2712~63~AZN~HOP PASHABANK~10374822~9949 63 EXD~****2712~7657~MKD~MARIOT REZERVACII~10403360~9973 246 EXD~****2712~71.8~EUR~DB BAHN A-NR 8Z9QNW~10403361~9973 142 EXD~****2712~1570.14~USA~VAYAMA.COM~10426963~9995 2 689 EXD~****2712~96.5~AZN~R1051748 SUMAKH~10473732~10015 97 EXD~****2712~89.24~AZN~AY GONSHU RESTAURANT~10496285~10021 89 EXD~****2712~51.3~AZN~CAFE VIENNA~10619438~10111 51 EXD~****2712~137.55~AZN~R1051752 BAKU CAFE~10627425~10123 138 EXD~****2712~56.6~AZN~CAFE CITY 1~10768498~10210 57 EXD~****2712~100~AZN~www.hesab.az/bakcell~11002036~10317 100 EXD~****6506~48~AZN~PASHA POS H2H NAMLI KABAB 1~11095312~10385 48 EXD~****6506~89.25~AZN~R1051996 BAKU CAFE~11134616~10396 89 EXD~****6506~72.45~AZN~R1051996 BAKU CAFE~11177194~10423 72 EXD~****6506~64~AZN~ RESTORAN GUNAYDIN~11289706~10527 64 EXD~****6506~200~AZN~www.hesab.az/bakcell~11324095~10561 200 EXD~****6506~53~AZN~PARK LOUNGE~11454021~10690 53 EXD~****6506~68.5~AZN~RESTORAN GUNAYDIN~11567866~10761 69 EXD~****6506~53.5~AZN~PARK LOUNGE~11567867~10761 54 EXD~****6506~50.4~AZN~NOTARIAT KONTORU~11653121~10843 50 EXD~****6506~71~AZN~POS PAUL RESTAURANT 3~11712918~10938 71 EXD~****6506~158~AZN~RESTORAN GUNAYDIN~12114327~11267 158 EXD~****6506~41~AZN~POS PAUL 4~12186436~11301 41 EXD~****6506~49.4~AZN~CAFE CITY 1~12316177~11348 49 EXD~****6506~73~AZN~POS PENCERE (AM)~12481953~11409 73 EXD~****6506~66.68~AZN~KOSEM 2~12707574~11564 67 EXD~****6506~126~AZN~ICTIMAI IASHE (SHEKI R~12807704~11624 126 EXD~****6506~75.2~AZN~POS PAUL (PB)~12825496~11636 75 EXD~****6506~84~AZN~HOP PASHABANK~13241172~11806 84 EXD~****6506~52.2~AZN~PASHA POS H2H NAMLI KABAB 1~13429142~11942 52 EXD~****6506~119.76~AZN~CEREZ VE QURU MEY~13634517~12173 120 EXD~****6506~143.56~AZN~AY GONSHU RESTAURANT~14328263~12775 144 EXD~****6506~52.36~AZN~PASHA POS H2H PORT BAZAR 3~14403971~12832 52 EXD~****6506~387~AZN~ICTIMAI IASHE (SHEKI R~14429265~12854 387 EXD~****6506~119~AZN~PAUL 2~14621801~12945 119 EXD~****6506~139.5~AZN~PASHA POS H2H NAMLI KABAB 1~14621806~12946 140 EXD~****6506~2210.87~EUR~TURKISH AIRLINES ~15779490~13687 4 239 EXD~****6506~110.77~AZN~RESTORAN~16156366~14094 111 EXD~****6506~124.07~AZN~PRIVE STEAK HOUSE~16284378~14248 247 EXD~****6506~300~AZN~Ganja Paradise Cafe (2~17218906~15238 300 EXD~****2834~1525~AZN~FOUR SEASONS HOTEL~17976238~15956 1 525 EXD~****2834~96~AZN~PASHA POS H2H NAMLI KABAB 1~18009210~15992 96 EXD~****2834~129~AZN~AY GONSHU RESTAURANT~18116682~16067 129 EXD~****2834~165.89~AZN~RESTORAN~18167686~16125 166 EXD~****2834~128~AZN~RESTORAN GUNAYDIN~18245962~16166 128 EXD~****2834~153~AZN~AY GONSHU RESTAURANT~18644120~16411 153 EXD~****2834~80.99~AZN~PARK LOUNGE~18969700~16618 81 EXD~****2834~126~AZN~PASHA POS H2H BULVAR HOTEL6~18974955~16623 126 EXD~****2834~59~AZN~PASHA POS H2H NAMLI KABAB 1~18974956~16623 59 EXD~****2834~111.87~AZN~PRIVE STEAK HOUSE~19348185~17002 112 EXD~****2834~120~AZN~RESTORAN GUNAYDIN~19687399~17157 120 EXD~****2834~97~AZN~PASHA POS H2H NAMLI KABAB 1~19967846~17273 97 EXD~****2834~366.4~AZN~SW TRAVEL MMC #16~20324548~17664 1 266 EXD~****2834~265~AZN~CHAYKI RESTORAN~20572557~17854 265 EXD~****2834~114.2~AZN~CAFE CITY 1~21137874~18250 114 Adi korporativ kartlardan bucür sui-istifadə edən birisinin görün sığorta sektorunun strateji ehtiyatlarından necə istifadə edə biləcəyinin düşünülməsi belə ürkütücüdür. (Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı) Cinayət Məcəlləsi Maddə 179. Mənimsəmə və ya israf etmə Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə Maddə 309. Vəzifə səlahiyyətlərini aşma İcbari Sığorta Bürosunda işə götürmə ilə bağlı heçbir kadr siyasəti və bununla bağlı hər-hansı qaydalar mövcud deyil. Buda rəhbərin məqsədli addımlarını ata bilməsi üçün vacibdir. Belə ki, direktor Büroya təyinat alandan işə götürülən siravi işçi və rəhbər heyətin əksəriyyəti ölkənin sığorta bazarında kiçik paya malik qeyri peşəkar qurum sayılan Sənaye Sığorta şirkətindən vaxtilə azad olunmuş ixtisasca sığorta sektoruna uyğun gəlməyən şəxslərdir (R.Əhmədov özü həmin şirkətin sədri olmuş və naməlum şəkildə səriştəsiz idarəetməyə və ilin çox hissəsini ezamiyyətlərdə olmasına əsasən rəhbərlik tərəfindən cəzalandırılaraq qovulmuşdur). Diqqətdən yayınmamalıdır ki, Rəşad Əhmədov ləğvetmə komissiyasının sədri təyin edildikdən sonra dərhal ləğv prosesində olan Standard İnsurance sığorta şirkətində qəzaların qiymətləndirilməsi və ödənilməsi şöbəsinin (korrupsiya imkanları ən geniş olan şöbələr) əməkdaşlarını işdən uzaqlaşdıraraq yerinə özünə yaxın olan yenə Sənaye Sığorta-da işləmiş şəxsləri götürmüşdür ki, buda məqsədin aşikar olduğunu bəyan edir. (Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı) Əmək Məcəlləsi Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi Cinayət Məcəlləsi - Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə Adekvat.az Geri qayıt |