Əsas Səhifə > Siyasət, Manşet > Təhsil Nazirliyinin İsmayıllıdan XƏBƏRİ VARMI?

Təhsil Nazirliyinin İsmayıllıdan XƏBƏRİ VARMI?


2-12-2021, 08:55
Təhsil Nazirliyinin İsmayıllıdan XƏBƏRİ VARMI?
Redaksiyamıza daxil olan məlumata görə, İsmayıllı rayonunda yerləşən və yeni istifadəyə verilmiş kənd məktəbi adlanan şəhər 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirov nəinki ölkəmizdə hətta dünyada analoqu olmayan bir ilkə imza atıb.
Məlumatda qeyd olunur ki, hörmətli direktorun tətbiq etdiyi yeni qaydaya əsasən hər bir şagird ayağına geyindiyi ayaqqabıdan başqa özü ilə məktəbə başqa bir ayaqqabı gətirməlidir.
Məktəbə daxil olmamışdan əvvəl hər bir şagird yol boyu ayağına geyindiyi ayaqqabını soyunmalı və evdən bağlamada gətirdiyi yenisini geyinərək içəri daxil olmalıdır.Artıq bu məsələ ilə bağlı bütün valideynlərə xəbərdarlıq olunub.Çox təəssüf ki,az bir sayda valideynlər buna hələ ki, yüngülcə etiraz edirlər və qeyd edirlər ki, yeni ayaqqabı almağa imkanları yoxdur və bu lazımsız ideyanın müəllifi ya müəllifləri bizi ələ salıblar.

Biz də KİV nümayəndəsi olaraq bu ideyanı qınayır və bunu lüzumsuz və anormal bir addım hesab edirik.Bütün bunlar insanları dövlətdən narazı salmağa hesablanıb.Bu addımı atanların fikirləri və hərəkətləri tam nəzarətə götürülməli və dövlətə qarşı sabotaj kimi dəyərləndirilməlidir.Necə yəni yeni ayaqqabı? İnsanlar gündəlik qayğılarını qarşılaya bilmir, hələ üstəlik onların yükünü bir az da ağırlaşdırmaq.Bu nə məntiq?Harda qaldı ziyalı yanaşması?
Qalib Bəşirov İsmayıllı təhsilində öz dəsti-xətti ilə sayılan,seçilən bir ziyalı kimi ad çıxarmışdır.Ancaq bu addımı başa düşmək olmur.

Valideynlərə bir xatırlatma.
Qədim Romada qullara danışan əşya deyə müraciət edirdilər.Yəni onların etiraz etməyə,fikir bildirməyə hüquqları yox idi.
Əgər özünüzü bu ölkənin tam hüquqlu vətəndaşı hesab edirsinizsə,onda durmayın haqq səsinizi ucaldın,həm də hamılıqla video-müsahibə verin.
Yoxsa sizlərlə baxın qədim Romada olan qullar kimi rəftar edirlər və edəcəklər.Seçim sizindir.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tənqidçi jurnalist
Elçin İsmayıllı.
//azinfo.tv//


Geri qayıt