Əsas Səhifə > Siyasət, Manşet > "İrşad Elektroniks" vətəndaşa qarşı QANUNLARI POZUR?
"İrşad Elektroniks" vətəndaşa qarşı QANUNLARI POZUR?13-12-2021, 08:47 |
DİA.AZ: - "Şikayətim "İrşad Elektroniks"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elmin Həsənov adlı istifadəçi qeyd edir: Daha sonra narazı vətəndaş yazır: "Demək mən oktyabr ayı bu şirkətə aid dükandan ətçəkən maşın aldım. Gətirdiyim gün maşında qüsur olduğunu aşkarladım. Səhəri günü geri apardım "qaytarın bunu" desəm də, mənə dedilər ki, "gigiyenik məhsuldur, qaytara bilmərik." Amma alan zaman bunu mənə heç kim açıqlamayıb, deməyib dükanda. Sadəcə 14 gün ərzində qaytara və dəyişə bilərsiz dedilər. İndi hələ də məhsul adımdadır və mənə heç bir yardım edilmir, əksinə incidilirəm". dia-az.life bildirir ki, narazı vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında qanunda göstərilən müddəalaarı da xatırladaraq, üzləşdiyi problemdə haqlı olduğunu, amma buna rəğmən haqqının tapdandığını göstərib: "5.52. İstehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər: 5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |