Əsas Səhifə > Siyasət, Manşet > Həbs olunmur, Allahına şükür etsin...

Həbs olunmur, Allahına şükür etsin...


30-03-2022, 12:17
Həbs olunmur, Allahına şükür etsin...
DİA.AZ: - Hələ 2012-ci ildə Samuxa icra başçısı göndərilərkən iddia olunurdu ki, Alı Qocayev əslində həbs olunmalı idi, sadəcə olaraq keçmiş spiker Oqtay Əsədov onu xilas etməklə yanaşı, yenidən vəzifə təyinatına nail oldu. İndi isə artıq vaxtın yetişdiyini deyə bilərik... Gec də olsa...

DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olan informasiyada bildirilir ki, yaxın vaxtlarda görəvdən alınacaq icra başçıları sırasında hazırda Samuxa başçılıq edən Alı Qocayevin də adı var.

Mənbənin dia-az.life-a söylədikləri: "Alı Qocayev əslində onu gözləyən aqibətdən məmnun qalacaq. Çünki planda həbs yoxdur..."

Qeyd edək ki, yerli KİV-də Alı Qocayevin sərvətinin əhəmiyyətli hissəsini ölkədən kəanara çıxardığı haqda iddialar da səsləndirilib.

***

DİA.AZ xatırladır ki, Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1954-1965-ci illərdə Çaylı kənd orta məktəbində təhsil almışdır.
1965-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olmuş, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik - mühəndisi ixtisasına yiyələnmişdir.
Əmək fəaiyyətinə 1966-cı ildə Bakı Radio zavodunda elektrik montyoru kimi başlamışdır.1968-1992-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsində elektrik montyoru, sex rəisi, Bakı şəhəri Sunasos Stansiyaları və Su Anbarları idarəsinin baş mühəndisi və sonra həmin idarənin rəisi vəzifələrdə çalışmış, 1992-1997-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsinin rəisi vəzifəsində işləmişdir .
1974-75-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1997-2000-ci illərdə Abşeron Regional Su Cəmiyyətinin vitse-prezidenti , 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru, 2004-2005-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifələrində işləmişdir.
06.04.2005-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı Sərəncamı ilə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir.Üç övladı , yeddi nəvəsi var.

***

Yuxarıda iddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt