Əsas Səhifə > Siyasət, Manşet > İsmayıllıda sosial narazılıq PİK HƏDDƏ...

İsmayıllıda sosial narazılıq PİK HƏDDƏ...


23-12-2021, 10:28
İsmayıllıda sosial narazılıq PİK HƏDDƏ...
İsmayıllı rayonu H.Əliyev prospektində yerləşən iki yaşayış binasında yaşayan 80 ailə istilik sistemi ilə bağlı böyük problem olduğunu bildirir. DİA.AZ xəbər verir ki, bu barədə tənqidçi jurnalist Elçin İsmayıllı yazısında yazıb.
Daha sonra müəllif qeyd edir:

Narazı sakinlər qeyd edirlər ki, binaların istilik sistemi ilə təchiz olunmasına baxmayaraq onlara lazımi səviyyədə istilik verilmir.
Gecə ikən fasilələrlə sistem söndürülür,gündüz saatlarında isə olduqca zəif halda işlədilir.Bunun nəticəsində yaşadığımız mənzillər buz kimi olur.
Kiminin evində yaşlı valideynləri,kiminin xəstəsi,kiminin körpə uşağı və sair var.
Bu məsələ barədə rayon rəhbərliyinin də məlumatı var.Ancaq rayon qaz istismar idarəsi qaz verilişini lazımi səviyyədə vermədiyinə görə normal istilik verilmir.
Eyni zamanda rayonda istilik sistemi birbaşa Bakı şəhərində yerləşən müvafiq qurumlar tərəfindən idarə olunur.Ancaq təəssüf ki, bu proses çox bərbad vəziyyətdə həyata keçirilir.Pul vaxtı çatanda qapını kəsdirirlər,pulu almamış əl çəkmir ancaq istiliyi lazımi şəkildə vermirlər.
Bizləri qəsdən narazı salırlar məcbur edirlər ki, başqa yollara əl ataq.Əgər belə vəziyyət yenə davam etsə biz hər iki binanın sakinləri kütləvi şəkildə etiraz edərək rayon icra hakimiyyətinin binası önündə öz etirazımızı edəcək və avtomobil yolunu bağlayacağıq.
Rayonda elə bir anormal vəziyyət hökm sürür ki, heç bir vətəndaşın şikayətini dinləmirlər,şikayətçiləri təxribatçı adlandırır və qapıdan içəri buraxmırlar.Məmurların başı bilmək olmur ki,nəyə qarışıb deyə sakinlər qeyd edirlər.

Redaksiyadan: Oxucuların nəzərinə çatdırmaq istəyirik ki,biz ərazidə olan zaman rayon qaz istismar idarəsinin əməkdaşları həmin istixanada çalışırdılar və qeyd etdilər ki,deyilənlərlə bağlı heç bir problem yoxdur sadəcə bir az təmir işləri olduğu üçün belə çətinlik olub.Onlar belə bir problemin daha təkrar olmayacağını diqqətimizə çatdırdılar.
Biz də bu vədə inanmaq istərdik və ümidvarıq ki, daha bu problem yaşanmayacaq.


Geri qayıt