Əsas Səhifə > Siyasət, Manşet > "Zəmanət vermirik, get hara bilirsən yaz..."

"Zəmanət vermirik, get hara bilirsən yaz..."


14-01-2022, 10:11
"Zəmanət vermirik, get hara bilirsən yaz..."
COVID-19 pandemiyası dövründə ölkədə onlayn alış-verişə tələbat əvvəlki illərlə müqayisədə artdı. Lakin bu işlə məşğul olan bəzi şirkətlər insanların etimadından sui-istifadə etməyə başladılar. Sözügedən onlayn alış-veriş platformalarından biri sezam.az-dır. DİA.AZ xəbər verir ki, saytdan məhsul sifariş edən vətəndaş Əlövsət Ağayev yaşadığı problem barədə Teleqraf.com-a məlumat verib.

Rabitə mütəxəsisi olan Əlövsəat Ağayev ötən il dekabrın 1-də DM200 markalı​ multimetr sifariş edib. Onun sözələrinə görə, sifarişdən 21 gün sonra gecə saatlarında çatdırılan məhsulda problem çıxıb:

"SEZAM TİCARƏT MƏRKƏZİ-nin əməkdaşı​ 22 dekabr gecə saat 22 radələrində mənə zəng etdi ki, sifariş etdiyiniz cihazı gətirmişik. Mən həmin şəxsə dedim ki, səhhətimlə əlaqədar qaranlıqda 3-cü mərtəbəni düşmək mənim üçün​ çətindir, gəlin qalxın mənzilimə, cihazı da evimdə yolxayaq. Dedilər, biz qalxa bilmərik.​ Bir təhər düşdüm küçəyə. Açıq cihazı mənə təhvil verəndə sual etdim ki, bəs cihaz işləməsə, necə olacaq? Dedi ki, biz yoxlamışıq, əgər işləməsə, mənim nömrəmə zəng edərsən”.

Əlövsət Ağayev bildirir ki, ödəniş qəbzini təhvil aldıqdan sonra cihazı yoxlayıb və problemli çıxıb:

“Om-dan başqa, volt və amper parametrləri​ işləmədi.​ Dərhal satıcının telefon nömrəsinə zəng edib​ bu haqda məlumat verdim. O, mənə servis şöbəsinin nömrəsini təqdim etdi. Səhəri gün həm servisə,​ həm​ “Sezam”ın votsap nömrəsinə,​ həm də qaynar xətt nömrələrinə fasiləsiz​ zəng etdim, cavab ala bimədim.

Bundan sonra 23 dekabrda İqtisadiyyat Nazirliyinin​ İstehlakçıların Hüquqlarının Müdafiəsi qurumuna şikayət etdim və bu haqda satıcıya məlumat verdim. Satıcı mənə​ bildirdi ki, biz 22 manatlıq məhsula zəmanət vermirik, get hara bilirsən yaz”.

Şikayətçini dinlədikdən sonra “Sezam”la əlaqə yaratdıq. Qaynar xəttə cavab verən operator məsələnin araşdırılıb, bizə məlumat verəcəklərini deyərək başqa nömrəyə yönləndirdi. Şirkətin servis şöbəsində isə onlarda belə bir məlumatın olmadığını deyib, faktı inkar etdilər. Bununla yanaşı, şirkətdən müştərinin şikayətində qeyd etdiyi kimi, dəyəri aşağı olan bu kimi məhsullara zəmanət verilmədiyini bildirdilər.

Məsələni aydınlaşdırmaq üçün təkrar şikayətçi Əlövsət Ağayevlə əlaqə saxladıq. Bildirdi ki, şirkət ona zəng edərək, yenidən İstehlakçıların Hüquqlarının Müdafiəsi qurumuna şikayət etməyi məsləhət bilib.

Bir sözlə, şirkət nə ödənişi geri qaytarır, nə də məhsulu dəyişdirir. Bu isə onlayn alış-verişi dələduzluğa çevirib, istehlakçı hüquqlarının pozulması deməkdir.

"Zəmanət vermirik, get hara bilirsən yaz..."
"Zəmanət vermirik, get hara bilirsən yaz..."
"Zəmanət vermirik, get hara bilirsən yaz..."

Geri qayıt