Əsas Səhifə > Siyasət, Manşet > Kəmaləddin Heydərovun TENDER MƏZƏSİ...
Kəmaləddin Heydərovun TENDER MƏZƏSİ...24-01-2022, 09:56 |
DİA.AZ: - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov son vaxtlar əın çox itirən oliqarx-məmurlardandır, desək yanılmarıq. Hər halda, bir-birinin ardından şirkətləri əl dəyişdirən FHN şefi demək olar ki biznes imperiyasının əhəmiyyətli hissəsindən imtina etməli olub. DİA.AZ bildirir ki, amma buna rəğımən fövqəlnazir hələ də ayaqdadır. Bunu elə Kəmaləddin Heydərovun nazirliyinin son tenderlərindən də aydın şəkildə görmək olar. Son məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti elan etdiyi tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 1 558 339 manatlıq tenderin qalibi "Azəri Biznes" MMC olub. Tenderlə Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binası tikiləcək. Onu da bildirək ki, "Azəri Biznes" MMC FHN şefi üçün təsadüfi şirkət deyil. Belə ki, AZƏRİ BİZNES MMC 1401122631 AZ1014, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 55, m. 16 10 AZN CƏMİLƏ İSMAYIL ZADƏ EYYUB QIZI 4/12/2007 Qeyd edək ki, şirkət Gilan Holdinqin bir neçə şirkətinin qeydiyyatda olduğu ünvanda yerləşdir. Direktoru Cəmilə İsmayılzadə holdinqin daha bir şirkətinə rəhbərlik edir. Azəri Biznes MMC buna qədr də FHN-in bir neçə tenderinin qalibi elan olunub. Hər halda, maraqlı fatklardır... Geri qayıt |