Əsas Səhifə > Siyasət, Manşet > Babək rayonunda ACINACAQLI MƏNZƏRƏ
Babək rayonunda ACINACAQLI MƏNZƏRƏ29-01-2022, 10:00 |
80 minə yaxın əhalisi olan Babək rayonunda cəmi bir ədəd təcili tibbi yardım avtomobili fəaliyyət göstərir. DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a rayon sakinləri məlumat verib. Onların dediyinə görə, həmin bir avtomobilin çağırışa getməsi üçün isə, bəzən həkim tapılmır. Buna görə də onlar məcbur qalıb, ağır vəziyyətdə olan xəstələrinin özləri taksi ilə xəstəxanaya aparmalı olurlar. Rayon sakini Asəf Qarayev deyir ki, bu yaxınlarda ailə üzvlərindən birinin əhvalı qəfildən kəskin pisləşib və Babək Rayon Təcili Yardım Şöbəsinə zəng vurub: "Təcili yardım şöbəsindən bizə dedilər ki, bir təcili yardim maşinimiz var, o da başqa kəndə çağırışa gedib. İstəyirsiz, növbəyə yazaq, nə vaxt boş olsa göndərək. Çox təcilidirsə, özünüz gətirin. Necə ola bilər ki, 40 dan çox kəndi olan Babək rayonunda cəmi bir təcili yardim maşını olsun. Məcbur qalıb xəstəmizi taksiyə xəstəxanaya çatdırdıq. Həkim dedi ki, bir az da geciksəydiz, xəstə həyatını itirğcəkdi. Bu biabırçılıqdır. Səhiyyəyə o qədər pullar ayrılır, hamısını yeyirlər. İnsanların həyatı bunlar üçün heç nədir” Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Babək rayon Nehrəm kənd sakini isə deyir ki, onun çağırışına əsasən təcili yardım gəlsə də, içərisində həkim olmayıb: " Ağır xəstəmz olduğundan təcili yardım çağırası olduq. Dedilər ki, növbınizi gözləyin. Uzun müddətdən sonra maşın gəlib çıxdı. Ancaq içərisində həkim yox idi. Sürücü dedi ki, təcili yardımda işləyəcək həkim yoxdur. Ona görə ona deyiblər ki, get özün götür, gəl. Analoqu olmayan inkişaf bax, budur". Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin nümayəndəsi Fatma Zeynalova Babək rayonu üçün hər gün cəmi bir briqadanın işlədiyini bildirdi: "Təcili yardım şöbəsinin ştatı bu cürdür - 4 həkim, 4 çağırış qəbul edən, 4 çağırışa gedən ferşel, 1 sürücü. İndiyədək təcili yardımın azlığından şikayət edən olmayıb. Əgər nazirliyə müraciət etsələr, təcili yardımın sayını artırarıq. Xəstəxana da öz növbəsində nazirliyə tələblərini yaza bilər, biz də bunun əsasında işimizi quraq". Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ötən ay Babək rayonunda Xəstəxanaların birində çıxış edərkən bildirmişdi ki, 2020-ci ildə Babək rayon xəstəxanaslna 26 ədəd təcili tibbi yardım avtomobili verilib. Geri qayıt |