Əsas Səhifə > Siyasət, Manşet > Sıra Ramiz Mehdiyevin kadrlarına çatır...
Sıra Ramiz Mehdiyevin kadrlarına çatır...25-02-2022, 10:13 |
DİA.AZ: - AMEA-nın rəhbərliyindən haylı-küylü formada uzaqlaşdırılan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin hələ də iqtidar daxilində yandaşlarının qaldığı kimsəyə sirr deyil. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, yaxın günlərdə onların da zərərsizləşdirilməsi prosesinə başlanılacaq. Bu barədə danışan mənbə iddia edir ki, mehdiyevçilər əsasən ayrı-ayrı nazirliklərdə və icra strukturlarında qərarlaşıblar. Mənbəni söylədikləri: "Ramiz Mehdiyevin bunca illər ərzində neçə-neçə kadrı nazirlik və rayobn icra hakimiyyətlərinə yerləşdirməsi sirr deyil və onların müəyyən hissəsi hələ də Mehdiyevə biət etməkdədirlər, ümumiqtidar atmosferinə uyum sağlamırlar. Təbii ki, belə olan şəraitdə onların yola salınması zərurəti təbii təzahürdür. Və gələn aydan etibarən total bir dəyişiklik prosesinə start veriləcəyi gözlənilir". Mənbə iddia edir ki, Ramiz Mehdiyev ölkənin maliyyə sektorunda da kifayət qədər böyük imkanlar sahibidir: "Mehdiyevin bankı da var, şirkətləri də... Onlarla bağlı da tədrici olaraq addımlar atılacaq". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |