Əsas Səhifə > Siyasət, Manşet > Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR...

Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR...


28-02-2022, 16:18
Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR...
Bəlkə də əksəriyyət o haqda məlumata malikdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və qurluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması, qanunun aliliyi daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin səhiyyə sahəsində çalışan bəzi vəzifə sahibləri qanunun aliliyini uca tuturlar, and içdikləri “Hippokrat andı”na sadiq qalırlar, yoxsa bütün bunları tapdaqlar altına atırlar?. Bakı ş. H. Zərdabi küçəsi, 79B ünvanında fəaliyyət göstərən Milli Onkologiya Mərkəzində olmazın hoqqalarla, haqsızlıqlarla üz-üzə qalan və Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi-73 ünvanında yaşayan Ağayeva Mehriban Əziz qızı, gundemxeber.az saytının redaksiyasına yazdığı ərizəsində qeyd edir ki, “Kiçik qızım Şəfa Məmmədzadə ilyarımdır ki, onkoloji xəstədir. Buna görə də onu böyük qızım Vəfa ilə birlikdə Milli Onkologiya Mərkəzinə apardıq. Orada ilk əvvəl qızımı qandan və “UZİ”-dən analiz etdilər, “MRT”-yə saldılar və bunun qarşılığında bizdən müayinə xərci olaraq 1500 manat pul alıb qəbz verdilər. Mən bir ana olaraq həkimlərin pul tələblərinə qəti etiraz etdim və onlara bildirdim ki, axı bura dövlət səhiyyə müəssisəsidir? Niyə bizdən bu qədər müayinə pulu alırsınız? Həmin vaxt Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbulunda oldum və ona işçilərinin bizdən pul tələb etdiklərini çatdırdım. O halda o, telefonu götürüb kiməsə zəng etdi və “Şəfa adlı xəstədən pul almayın” deyə tapşırığını verdi. Düzdür, belə bir tapşırıqdan sonra həkimlər bizdən pul tələb etmədilər və xəstəni “RENTGEN” aparatından keçirib Günel Nağdəliyeva adlı həkimin yanına göndərdilər. Günel həkim bizdən pul almadan müalicə işləri aparacağına söz verdi. İyrimi gün keçdikdən sonra qızım Şəfa kimyəvi terapiya qəbul etməli oldu. Ona görə də, Günel həkim hər 25 gündənbir qıızımın kimyəvi terapiya qəbul etməsinə görə, bizdən 550 manat pul alırdı. Qızım əmələ gələn ağrılara heç cür dözə bilmirdi və ona görə də o, mənə “Mama qurban olum, sən danışma, qoy məni müalicə etsinlər” deyirdi. Buna baxmayaraq, həkim ayrı-ayrı vaxtlarda xəstə qızımın 28 dəfə kimyəvi terapiya qəbul etməsinə görə, bizdən üstüstə 8 min manat pul aldı. Günel həkim müalicə aparıram deyə qızımın döşlərini deşik-deşik etdi və sonda elə bir vəziyyət əmələ gəldi ki, Şəfanın döşünün yan hissələrindən qanlar axmağa başladı. Biz heç cür başa düşə bilmədik ki, Günel həkim müalicə işlərini belə aparacaqdırsa o, niyə bizdən bu qədər pul aldı? Mən baş verən belə bir biabırçılıqla bağlı bugünə kimi bir çox dövlət qurumlarına şikayət ərizələri göndərmişəm, teleqramlar vurmuşam. Hal-hazırda toplanmış iş materialları Yasamal rayon prokuroru Ayaz müəllimin icraatındadır. Bu şəxs dörd ay ərzində həyata keçirdiyi araşdırmalardan sonra “Bu iş cinayət xarakterli olduğu üçün qeydiyyat kitabına saldıq” deyə mənə cavab yazıb. Əslində Ayaz müəllim bir prokuror olaraq Günel Nağdəliyevanı bizdən rüşvət aldığına və qol qoyduğu qanunsuzluq əməlinə görə məsuliyyətə cəlb etməli idi. O, belə bir addımını atmaq əvəzinə, sanki həkimin mövqeyinin müdafiəçisi qismində çıxış edir. Məsələn, Günel həkim bizdən aldığı rüşvətin 1200 manatını geri qaytardı və o, onu da bildirdi ki, “Pulun qalan hissəsi yuxarıdakı rəhbərlikdədir”. Bu da onu sübut edir ki, prokurorun lazımi araşdırma işi apara bilməməsinə səbəb, Günel Nağdəliyevanın Milli Onkologiya Mərkəzində çalışmasıdır. Bugünkü həqiqət ondan ibarətdir ki, Günel həkim hər 25 gündənbir bizdən pul aldı, sonda da qızımı şikəst etdi. Hazırda qızım əmələ gələn ağrılara heç cür dözə bilmir və o, hər gün mənə “Mama qurban olum, mənə bir iynə vurun ölüm, artıq ağrılara dözə bilmirəm” deyir”.
Hal-hazırda ölkəmizin nüfuzlu səhiyyə müəssislərindən biri hesab olunan Milli Onkologiya Mərkəzində belə bir qanunsuzluq və biabırçılıqların baş verməsini, bəlkə də Azərbaycan səhiyyəsinin “üzqarası” hesab etmək olar. Çünki, bir tərəfdən xəstənin adamlarından 8 min manatdan çox rüşvət alınır, digər tərəfdən də, xəstəni şikəst edirlər. Əslində bu analoqu olmayan faciədir, böyük bir bədbəxtçilikdir.
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt