Əsas Səhifə > Siyasət, Manşet > Əmrullayev buna görə HEÇ UTANIRMI?

Əmrullayev buna görə HEÇ UTANIRMI?


11-03-2022, 09:32
Əmrullayev buna görə HEÇ UTANIRMI?
DİA.AZ: - "Sizcə bura nədir? Üzr istəyirəm, mal tövləsi, kənd yerində ayaqyolu, toyuq hini kimi variantları düşünə bilərsiniz. Amma heç biri deyil. Bura məktəbdir. Bəli, məktəb". DİA.AZ bildirir ki, bu barədə özünün statusunda tanınmış təhsil eksperti Kamran Əsədov qeyd edir.

Əmrullayev buna görə HEÇ UTANIRMI?

Ekspert daha sonra davam edir: "Lerik rayonunun Dico kənd məktəbi.
Bu məktəb dediyimiz məkanın uzunluğu 5, eni isə 3 metrdir. Burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar.
Məktəbin 2 şagirdi, 1 müəllimi var.
Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur.
Bəli, kənd balaca yerdir, amma bu məktəbi bərbad olan və 13 evlik kəndin II Qarabağ müharibəsində, bizim zəfərlə başa çatan Vətən Müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub.
Mən utandım. 2 otaqlı bir normal, 10 metrlik tikili maksimum 5 min manata başa gələr.
Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayrsın.
O qədər mənasız tədbirlərə pul ayrılır. Nə bilim İctimai Şuranın hansısa oteldə tədbirlərinə vəsait ayrılır, hansısa İctimai Şura üzvlərinin QHT-sinə pul ayrılır və s. Siyahını uzatmaq olar.
Mən utandım. Ona görə ki, güclü Azərbaycanın belə məktəbi var.
Misal üçün, bu qədər müşavir nəyə lazımdır? Onları işdən azad edib, onların 1 aylıq maaşına burada əla məktəb binası tikmək olar.
Bu arada, əsl STEAM-lıq, selfilik məktəbdir".


Geri qayıt