Əsas Səhifə > Siyasət, Manşet > Nəcməddin Sadıkovun kadrları: KİM HƏBSDƏN YAYINIB?

Nəcməddin Sadıkovun kadrları: KİM HƏBSDƏN YAYINIB?


23-03-2022, 10:27
Nəcməddin Sadıkovun kadrları: KİM HƏBSDƏN YAYINIB?
44 günlük Zəfər savaşından sonra Müdafiə Nazirliyində, ümumiyyətlə, Milli Orduda ciddi proseslər baş verdiyi, təmizləmə prosesi getdiyi barədə yazmışıq.
Ötən yazımızda qeyd etdiyimiz kimi 44 günlük Zəfər savaşından sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində 30 ildir işğal altında qalan torpaqlarımız 44 günə azad edildi.
Təsəvvür edirsiniz, 30 il və 44 gün...
Açıq danışaq ki, bu işğalın 30 il uzanmasında təkcə uzaq-yaxın qonşuların, dünya güc mərkəzlərinin deyil....həm də öz daxilimizdəki SAPI ÖZÜMÜZDƏN olan satqın GENERALLARIN da “xidməti” az olmayıb.
Artıq belə generallar bir-bir həbs olunur.
İlk olaraq uzun illər MN-də Baş Qərargahın rəisi olan Nəcməddin Sadıkov “yola salındı”.
Sonra Nəcməddin Sadıkovun “biznes ortağı” olan general Xəqani Cəbrayılov ordudan uzaqlaşdırıldı.
Bir neçə gün öncə isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu.
Və general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon miqdarda mənimsəmədə təqsirləndirilir.
Gündəlik-Bakı olaraq uzun illər yazdığımız və ciddi təhdidlərlə üzləşdiyimiz bəzi generalların yaxın zamanda həbs olunacağını düşünürük.
Ötən yazımızda Müdafiə Nazirinin müavini, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanovun və general Xaqani Cəbrayılovun həbsinin labüd olduğu barədə yazmışıq.
İndi isə Nəcməddin Sadıkovun cinayətkar şəbəkəsinin daha bir üzvü, Rəşad Quliyev barəsində araşdırma aparmaq qərarına gəldik.
Söhbət uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi.
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün Rəşad Quliyev neçə milyonları qazanıb.
İndi özünüz düşünün, beləsini bağışlamaq olarmı..?
Əslində bu rüşvətin mənbəyi məmurlar olub. Çünki hansı kasıb 40-50 min verib oğlunu MOİK-ə saldıra bilərdi.
Əslində məmur balaları MOİK-də hərbi xidmət keçmirdi, 100 minlik avtomobildə gəlib baş çəkib geri qayıdırdı.
Sözün qısası, Rəşad Quliyev bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu.
Rəşad Quliyevin Badamdar qəsəbəsində 10 milyon dəyəri olan “Olive Garden” restoranı, villası var.
Yəqin ki, generalların həbs dalğasında yaxın zamanda MOİK-in keçmiş rəisi Rəşad Quliyevin cinayət əməlləri Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi araşdırılacaq və o da general Nizami Məmmədovun yanına gedəcək.
Araşdırmamız davam edir.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
//gundelik-baku.com//
Geri qayıt