Əsas Səhifə > Siyasət, Manşet > Sahil Babayevin hədəfə aldığı daha bir ailə...
Sahil Babayevin hədəfə aldığı daha bir ailə...6-04-2022, 08:39 |
Şəki şəhər Yeni Çələbixan qəsəbəsində 316 nömrəli evdə müvəqqəti məskunlaşan, İsmayılov Murad Kamal oğlu "Hürriyyət"ə mövcud problemi ilə bağlı şikayət ünvanlayıb. O aztəminatlı ailə olduğu üçün üç aydır ki, ünvanlı sosial yardım ala bilmir. Şəki sakini saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət ünvanlayıb. DİA.AZ həmin şikayəti təqdim edir: "2022-ci ilin yanvar ayının 14-dən dövlətimizin ayrdığı ünvanlı sosyal yardım almaq üçün aidiyyatı qurumlara müraciət etmişəm. Artıq bu ayın 14-də 3 ay olacaq ki, hələ də ünvanlı sosial yardım ala bilmirəm. Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılmır. Səbəb də odur ki, üç ay bitəndən sonra yenidən sənəd toplanılması üçün vaxt uzadırlar. Dövlətimizin vətəndaşı üçün ayırdığı sosial yardım aztəminatlı ailəyə verilməsi üçündür, yoxsa xalqa zülm etmək üçün?... Xahiş edirəm ki, aidiyyatı qurumlara müraciətimizi araşdırsınlar". İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |