Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...


8-04-2022, 10:07
Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...
DİA.AZ: - "Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin üçüncü katibi Nigar Qurbanova nədən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun SSRİ təbliğatının dəstəkçisi olsun? (https://m.facebook.com/story.php?story_fbid=439323769445379&id=100001032801404)". DİA.AZ xəbər veriri ki, bu etirazla tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...
Rauf Qurbanov

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...
Nigar Qurbanova

Daha sonra Həsənli yazır: "Rauf Qurbanovun ailə üzvü olduğu üçünmü? Bu diplomatik vəzifəni ona dövlətmi həvalə edib, yoxsa açıq imperiya təbliğatı aparan, SSRİ simvollarını yenidən beyinlərə sırımağa çalışan, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə Azərbaycandan Moskvaya dəstək bəyanatı göndərən Sovet İttifaqı Kommunist Partiyaları İttifaqının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Rauf Qurbanovmu?

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...

XİN-in diplomatı eyni dəstəyi Rauf Qurbanovun Ukraynaya müdaxiləyə haqq qazandıran məlum bəyanatının altında da bəyənmə ilə ifadə edib.
(https://m.facebook.com/story.php?story_fbid=4928630520533259&id=100001590797635).

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...

Müstəqil Azərbaycan Respublikasının Parisdə, mötəbər beynəlxalq təşkilatda təmsil olunan diplomatı SSRİ-nin bu qədərmi xiffətini çəkir?
Yəqin ki, XİN bu məsələ diplomatın "şəxsi işidir" deyib üstündən keçməz".

Azərbaycanda SSRİ ideyasına ZƏHMƏTKEŞLİK edən məmurlar var...

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt