Əsas Səhifə > Siyasət, Manşet > Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti BAZAR AÇIB...

Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti BAZAR AÇIB...


31-05-2022, 15:47
Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti BAZAR AÇIB...
Azərbaycanda dövlət idarəetməsi istiqamətində aparılan islahatlar nədənsə məhkəmə siteminə yaxın buraxılmır. Ona görə də, məhkəmə sistemindən narazıların sayı durmadan artır.
Cəmiyyətdə nöqsanların aradan qaldırılmasına, qanunların işləməsinə nəzarət edən qurumun qanunsuzluqları həqiqətən gülüncdür. Bu barədə mətbuat səhifələrində şiikayət dolu yazıların sayının günü-gündən artması da diqqətimizdən kənarda deyil.
DİA.AZ xəbər verir ki, belə bir şikayət məktubunu “Aktualxeber.az” saytının elektron poçtuna Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Vəfa Abdullayeva yollayıb.
Onun sözlərinə görə, bu ilin aprelin 28-də atasını yük maşını vuraraq böyük xəsarət yetirib:
“Yük maşını atamı səkidə dayanarkən kürəyindən vurub. Zərbədən atam yerə çırpılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Maraqlısı odur ki, hadisəni törədən şəxs kimə və nəyinə arxayın olub ki, bir dəfə də olsun bir ay ərzində heç bir telefon zəngi etmir, atamla maraqlanmır, qohumları vasitəsilə mənə təzyiqlər edir, heç nə olmamış kimi həmi yük maşınını idarə etməkdə davam edir, heç bir maddi köməklik göstərmir, dəymiş ziyanı ödəmir. Qohumları vasitəsilə söz göndərir ki, guya imkanı yoxdur, amma vəkillə müqavilə bağlayır, işini hansısa “yollarla” həll etməyə çalışır, bir sözlə bütün bu hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı saymamazlıq edir. Hadisə zamanı sərxoşluq və narkomanlıq müayinəsindən də keçməyib və s.və i. Halbuki atamın aldığı xəsarətdən və mənim də həmin hadisənin şokundan, hələ də davam edən stressindən əsaslı şəkildə müalicə almağa ehtiyacım vardır”.
V. .Abdullayeva bildirir ki, Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti Ədalət Quliyev rəy verməkdən ötrü ondan 700 manat pul istəyib.
“Ədalət Quliyev deyir ki, konsultantlarla görüşəcək, sənədləri onlara verəcək, sonra dediyi kimi ora gedəcək, bura gedəcək, ona görə bu qədər pul istəyib. Mən də demişəm, biz zərərçəkən tərəfik, həm də mənim imkanım yoxdu, sənədləri sizə vermişəm, zərərçəkənin vəziyyətinə də özünüz hadisə günü baxış keçirmisiz. Həmin ekspert bilə-bilə ki, atam bir gündə 2 dəfə rentgennən keçib onun yanına gəlib, yenə atama imza etdirib ki, yenə də rentgen həkiminin müayinəsinə getməlisən. Bizə qarşı qərəzli olduğunu hiss eləmişdim, sonra rüşvət istədi, sonra rəydə heç bir xəsarətin olmadığına dair bir aya rəy verdi.
Halbuki onun icraatında guya ağır cinayətlə iş gəlib, o da 3 günə xəstənin tibbi kartasına əsasən ağır xəsarətlə bağlı rəy verib. Onun tərtib etdiyi rəyin AR CPM-nin 271-ci maddəsinin tələblərinə uyğunluğu da yoxdur. Öz istədiyi kimi rəy tərtib edib. Məhkəmə ekpertinin tərtib etdiyi rəylə məhkəmə-tibbi ekspertinin tərtib etdiyi rəy arasında yerlə göy qədər fərq vardır.
Hadisəni törədən şəxs də yanında bir nəfər şəxlə atamın başının üstündə gülüblər, sonra maşına oturub hadisə yerindən yayınıblar. Bu günkü günə qədər bir dəfə də olsun zəng edib maraqlanmır, maddi ziyanı ödəmir. Qohumları vasitəsilə bizə təzyiqlər edirlər. Xahiş edirəm, bütün bunları saytda işıqlandırın. Atamın yüksək təzyiqli adamdı, bəlkə elə hadisə yerində qalacaqdı, bəlkə maşının nömrəsinə baxa bilməyəcəkdi. Bu nə insanlıqdı belə?”,- deyəVəfa xanım məktubunda bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt