Əsas Səhifə > Siyasət, Manşet > Ruslan Əliyevə müraciət etsə də...
Ruslan Əliyevə müraciət etsə də...1-06-2022, 09:04 |
Tovuz rayonu, Alakol kənd sakini İsmayılov Vüqar Qurban oğlu sahibkarlıq üçün ona məxsus 220 kvadrat metr olan torpaq sahəsində "avtoyuma", kafe, çay evi açmaq istəyir, amma buna maneə yaradılır. dia-az.life-ın məlumatına görə, şikayətçi Faktinfo.az saytına müraciət edərək bildirir ki, "Azəriqaz" İB baş direktoru Ruslan Əliyevə ona yaradılmış problem səbəbindən müraciət etsə də, heç bir faydası olmayıb. Şikayətçi qeyd edir ki, 4 ay vaxt itirib təsdiqlətdiyi texniki şərt imkan verirdi ki, ərazidə qaz xətti işi aparan Tovuz Qaz Təmir-Bərpa idarəsi ona obyekt tikmək üçün giriş versin. Vüqar İsmayılov: "İdarənin rəisi əvvəl təsdiqlətdiyim sənədlərimə əsasən, obyekt tikintisini aparmaq üçün giriş veriləcəyini bildirdi, sonra isə bundan imtina etdi. Əsaslandırması o oldu ki, qaz xətti çəkdiyi ərazidən uzaqlaşıb, geriyə qayıdıb iş görməsi mümkün deyil". Şikayətçi: "Bundan sonra Dövlət Neft Şirkətinə (SOCAR) şikayət məktubu ilə müraciət etdim. Aidiyyatı üzrə göndərilən məktubuma Şəmkir Regional Qazİstismarı İdarəsinin əməkdaşı Etibar müəllim əraziyə gəlməklə baxdı. O, isə təsdiqlətdirdiyim layihənin yenidən çəkdirilməsini tələb etdi.Süründürməçiliyə əsas olmadığını bildirdikdə isə "hara şikayət edirsən et,həkimdən qalan artığımımı kəsəcəklər”, ifadəsini işlətdi. Bundan sonra Vüqar İsmayılov Respublika Prokurorluğuna, Milli Məclisin sədrinə və digər dövlət orqanlarına müraciət edib. Hazırda gözləmə mövqeyində olan Vüqar İsmayılov hesab edir ki, ona tikinti aparmaq üçün qaz xətti keçən ərazidən giriş verilmir. Qeyd: Sayta göndərilən şikayət məktubunda bir sıra nüansları nəzərə alıb mövzuya qayıdacağıq. Geri qayıt |