Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvan Maliyyə Nazirliyi polislərin müavinətinə göz dikib

Naxçıvan Maliyyə Nazirliyi polislərin müavinətinə göz dikib


10-06-2022, 08:44
Naxçıvan Maliyyə Nazirliyi polislərin müavinətinə göz dikib
Naxçıvan MR Maliyyə Nazirliyi “kiçik torpaq” polislərinin hər rübün sonunda aldıqları müavinəti yenə kəsmək niyyətindədir.

DİA.AZ xəbər verir ki, Ovqat.com-a bu barədə məlumat Naxçıvan polisləri tərəfindən ötürülüb.

Məlum səbəblərdən adının çəkilməsini istəməyən mənbəmizin bildirdiyinə görə, Naxçıvan polislərinin maddi durumu onsuz da qənaətbəxş deyil. Hər rübün sonunda onlara verilən müavinətlər ağır şəraitdə yaşayan polisləri qismən vəziyyətdən çıxarırdı. İndi isə Naxçıvan MR Maliyyə Nazirliyi bu imkanı da onların əlindən almağa çalışır.

Polislər bu məlumatı Naxçıvan MR Daxili İşlər Nazirliyinin Maliyyə şöbəsinin rəisi polis polkovnik leytenantı Əbülfəz Vəliyevdən alıblar.

“Qanunən, bu ay yenə maaş almalıyıq. Naxçıvan MR DİN-in Maliyyə şöbəsinin rəisi polis polkovnik leytenantı Əbülfəz Vəliyevdən soruşduq ki, “premya” var? O da dedi ki, nazir hələ bu barədə göstəriş verməyib. Qorxuruq, bütün strukturlar mükafat alalar, biz qalaq. Keçən səfər siz yazdıqdan sonra bizə mukafat verildi, zəhmət olmasa bu dəfə də işıqlandırın, bəlkə maasa qədər fikirlərini dəyişərlər”, - redaksiyamıza göndərilən məlumatda deyilir.

Geri qayıt