Əsas Səhifə > Siyasət, Manşet > Əsabil Qasımov Gəncəbasarda SABOTAJ HAZIRLAYIR?
Əsabil Qasımov Gəncəbasarda SABOTAJ HAZIRLAYIR?30-07-2022, 10:02 |
Ölkədə un istehsalçısı olan “Karmen” şirkəti bir həftədir ki, unun satışını dayandırıb. DİA.AZ xəbər verir ki, bu barədə Dünyanınsəsi.Az-a un satışı ilə məşğul olan Gəncəbasarlı sahibkarlar deyib. Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ilə bağlıdır. Dünyanınsəsi.Az-ın əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə qura bilməyib.. Amma unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığını əksər sahibkarlar tərəfindən də təsdiqlənib. Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub. Redaksiya olaraq “Karmen” şirkətinin də mövqeyini dərc edə bilərik. Geri qayıt |