Əsas Səhifə > Siyasət, Manşet > Daha bir xüsusi təyinatlı HAQQINI TƏLƏB EDİR...
Daha bir xüsusi təyinatlı HAQQINI TƏLƏB EDİR...31-08-2022, 08:35 |
“İkinci Qarabağ Müharibəsində ağır yaralanaraq sağlamlığımı itirmişəm. Lakin indiyədək əlillik dərəcəsi ala bilmirəm”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə ünvanldığı müraciətində Daxili Qoşunların xüsusi təyinatlısı olmuş, 1998-ci il təvəllüdlü Sirus Ağa oğlu Müsüzadə bildirib. Onun sözlərinə görə, Şuşanın azad olunması zamanı ağır yaralanıb. “Hərbi xidmətdən sonra 2020-ci ilin noyabrın 6-na qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Qüvvələrdə çalışmışam və müharibə bitənədək döyüşlədə iştirak etmişəm. Şuşa uğrunda döyüşlərdə bədənimin və başımın müxtəlif yerlərindən ağır yaralanmışam. Hələ də müalicələr alıram”,-şikayətçi bildirib. Şikayətçi qeyd edib ki, DİN-in DQ Hərbi Həkim Komissiyası ona “Partlayış travması nəticəsində qapalı kəllə – beyin ( bədənin müxtəlif yerlərində) döş qəfəsinin sağ yarısının sağ bazu, sol sağrı nahiyyəsinin odlu silah ( qəlpə) yarası, yumşaq toxumaların yad cismi, kəllə-beyin kontuziyası almış emossional -lovil şəxsiyyət pozğunluğu, yaddaşın enməsi, davamlı qıcolma ” diaqnozu qoyub. Epikriz Şikayətçi deyir ki, iş qabiliyyətini tam itirib, normal hərəkət edə bilmir, güclü baş ağrıları və təzyiqdən əziyyət çəkir. Qulağının eşitmə dərəcəsi biri 2-ci, digəri isə 3-cü dərəcədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən müraciətimə imtina verilib. Halbuki beyin pozğunluğu və davamlı şəkildə aqressiyaya meylliliyimi nəzərə alaraq Maştağa Psixi Xəstəxanasında müalicə olunuram. Komissya mənə qoyulan diaqnozu əlillik meyarına hələlik uyğun hesab etmir”. Şəhdətnamə. Müharibə iştirakçısı deyib ki, tək problemi bu deyil. Bir neçə ay əvvəl Bakının Nizami rayonunun “Neftçilər” metrostansiyası yaxınlığında işlədiyi avtoyuma məntəqəsində yığılan gəlir – 4250 manat iş yoldaşı tərəfindən oğurlanıb. Nizami Polis Bölməsi təhqiqatı yekunlaşdırıb materialı Nizami Rayon Prokurorluğuna göndərsə də, nəticəsi yoxdur: “Avtoyumanın sahibi də oğurlanan pulu məndən tələb edir. Mən ağır vəziyyətimlə həm iki gündən bir avtoyumada işləyirəm, həm də gecələr daş karxanasında “Kamaz”lara daş atıb pul qazanıram ki, oğrunun əvəzinə pul ödəyim. Aldığım travmalardan sonra əsəblərimə hakim ola bilmirəm”. Şikayətçi problemlərinin həlli üçün etdiyi müraciətlərin nəticəsiz qaldığını deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan sorğu cavablandırılmayıb. Geri qayıt |