Əsas Səhifə > Siyasət, Manşet > Əmrullayev RAHAT-RAHAT İSTEFAYA GEDƏ BİLƏR...
Əmrullayev RAHAT-RAHAT İSTEFAYA GEDƏ BİLƏR...1-09-2022, 08:33 |
Düşünmək olar ki, bu sözləri hansısa təhsil eksperti, yaxud Təhsil nazirinə ciddi opponentlik edən birisi deyib. Çünki, səsləndirilən fikirlər olduqca ciddi ittihamdır, Azərbaycan təhsilinin, yüz minlərlə müəllimin əməyinin üstündən xətt çəkməkdir. Gözləmək olardı ki, Təhsil naziri dərhal bu fikirlərə reaksiya verər, bu ittihamları absurd adlandırar, təhsil işçilərinin ünvanına səsləndirilən təhqirləri cavablandırardı. Amma... Yüz il də gözləsəniz Emin müəllimdən bu fikirlərə cavab eşitməyəcəksiniz. Çünki bu “dahiyanə”, “müdrik” sözlərin müəllifi elə cənab nazirin özüdür. Bakı şəhərində yerləşən məktəb direktorları ilə görüşdə (bu direktorların böyük qisminin təyinatında onun rolu olmayıb və həmin direktorlar dolayısıyla Emin müəllimə tabe də deyillər) nazir necə cuşa gəlibsə yuxarıda dediyimiz fikirləri səsləndirib. Dediyim kimi, bu yüz minlərlə təhsil işçisini təhqir etmək, ömrünü çətin şərtlər altında gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimləri alçaltmaqdır. Bu fikirləri səsləndirən nazir dərhal istefa verməlidir, müəllimlərdən üzr istəməlidir. Belə bir məsəl var ki, hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda kimin yanına getsin ? Nazir təyin olunduğu gündən özünə islahatçı imici formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə etsə də E.Əmrullayev nəinki hansısa islahata imza ata bilib, əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırıb. Xatırladaq ki, bu narazılıq dalğasının mənbəyi hələ Əmrullayevin Təhsil İslahatları İnstitutunda işlədiyi dövrdən başlanıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. E.Əmrullayev sanki sırf narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş... Məgər cənab Əmrullayev bilmirmi ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, cüzi əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı sizsiniz, cənablar. Əgər Təhsll naziri E.Əmrullayev deyirsə, məktəblər müəllimə əmək haqqı verən bir mexanizmdirsə, mən də Nicat Mahmudov olaraq açıq şəkildə üzünüzə qarşı bildirirəm ki, sizin nazirliyiniz də milyonları udmaq üçün bir mexanizmdir! Bir daha qeyd edirəm ki. E.Əmrullayev öz fəaliyyəti ilə hər zaman dövlətin əsas güc mənbələrindən olan təhsil ictimaiyyətindən ibarət böyük bir narazılar ordusu formalaşdırır. Özünü müəllimlərin düşməni kimi aparmaq, gündə bir imtahan şousu düzəltməklə onları daim stres altında saxlamaq islahat deyil, cənab nazir. Məncə bu sizdə alınmadı. Olan şeydir, hamı adını tarixə qızıl hərflərlə yazmağı bacarmır... Gün kimi ictimaiyyətə aydındır ki, ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası Mikayıl Cabbarovun nazir təyinatından sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi . Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımlar məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib. Heç kimə sirr deyil ki. E.Əmrullayev məhz M.Cabbarovun islahat xəttinin davamçısı olaraq görəvə gətirilib. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilən bu şəxs nəinki etimadı doğrultmağı bacardı, hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildi. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözləyirsinizmi? Adi bir institut rəhbəri vəzifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına inanırsınızmı? İnanmırsınız... Məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Mikayıl Cabbarovun “sevimli kadrı” olmaq o demək deyil ki, sən əvəzedilməzsən. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən... Saytımız adından təhsil əməkdaşları, geniş ictimaiyyət arasında apardığımız sorğu göstərdi ki, cəmiyyətdə E.Əmrullayevin fəaliyyətindən kifayət qədər narazılıq hökm sürür. Bunu dövlətin strateji araşdırma mərkəzləri nəzərə almalıdır, böyük bir müəllim ordusunun alçaldılmasına, narazı duruma salınmasına susmamalıdır. Apardığımız sorğuda “kimi təhsil naziri görmək istəyirsiniz” sualını verdiyimiz respondentlərin böyük qismi Elnur Əliyevin adını çəkdilər. Təhsil sistemində fəaliyyət göstərdiyi qısa müddətdə böyük işlər görən, nüfuz sahibi olan Elnur müəllim bu gün pedaqoji ictimaiyyətin nazir görmək istədiyi ən güclü kadrdır. Çünki E.Əliyev müəllimə dost gözüylə baxırdı, onu düşmən gözündə görmürdü. Onun üçün problem yaratmırdı, onun problemlərini təmənnasız həll edirdi. Önəmli o idi ki, Elnur Əliyevin sözünün «kəsəri» var idi. Bax nazir dediyin belə olmalıdır, cənab Əmrullayev. Nazir olduğunuz müddətdə yadda qalan bir addımınız olmayıb. İstefa verin və əbədilik yaddaşlarda qalın. Müsbət mənada… Rubrika.az Geri qayıt |