Əsas Səhifə > Siyasət, Manşet > Xətainin icra başçısının başı NƏYƏ QARIŞIB Kİ?
Xətainin icra başçısının başı NƏYƏ QARIŞIB Kİ?2-09-2022, 08:05 |
DİA.AZ: - Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev də deyəsən, artıq köhnə eşalon təmsilçilərinin əhvalındadır. Hər halda vətəndaş şikayətlərinin Xətai RİH tərəfindən qulaqardına vurulmasından anlaşılanı budur. Əgər belə olmasaydı, Raif Quliyev ən azından tabeçiliyində olanlara bir söz deyərdi, onlar da uzun müddətdən bəri qalan problemlərə dırnaqarası yanaşmazdılar. Başçının laqeydliyinə rəğmən, sözügedən ünvandan nöcbəti vətəndaş gileyini təqdim edirik. DİA.AZ-a yazan sakinlər üç ilə təmiri bitməyən səkilərin anormal vəziyyətindən yazırlar. Xətai rayon Qaçaq Nəbi küçəsinin sakinləri dia-az.life-a deyirlər ki, üç il bundan qabaq təmir üçün sökülən piyadalar üçün nəzərdə tutulan yolun təmiri tamamlanmır. Bu da sakinlərin gediş-gəlişinə ciddi maneə törədir. Nəzərə alsaq ki, sözügedən səki həm də 95 saylı məktəbin yolunun üstündədir, bu zaman məktəblilərin də narahatlığını təsəvvür etmək çətin olmaz. Sakinlər bu yarıtmaz fəaliyyətə görə aidiyyatı qurumların ölçü götürməsini tələb edirlər. Onu da qeyd edək ki, Bakı şəhər icra hakimiyyətinin işçiləri neçə müddətdir Bakı rayonlarının icra başçılarının məhz bu cür yarımçıq işlərini aşkarlamaqla, tədbir görməklə məşğuldur. Görünür, bu fakt BŞİH-in də nzərəindən yayınıb... Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |