Əsas Səhifə > Siyasət, Manşet > İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR...

İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR...


3-10-2022, 09:08
İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR...
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı keçən günlərdə ilginc faktları təqdim etdik. DİA.AZ olaraq ortaya çıxardığımız faktlardan belə aydın oldu ki, Anar Hüseynov dövlət büdcəsindən KTN xətti ilə təkcə suvarma adı altında 1 milyon manata yaxın vəsaiti mənimsəyir.

YAZISI BURADA: KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, açıqlanan məlumatlar həm faktdır və həm də YEGANƏ FAKT deyil. Mənbə iddia edir ki, hal-hazırda KTN-də əsas fiqurlardan biri kimi diqqətə gələn Anar Hüseynovun məlum yeyintisindən birbaşa olara nazir İnam Kərimov məlumatlıdır.

Mənbə dia-az.life-a bildirir:

"İnam Kərimov nəinki xəbərdardır, həm də şərikdir. Və bu yeganə fakt deyil. Anar Hüseynovun əli ilə nazirin şəxsi cibinə il ərzindəı 10 milyon manata yaxın vəsait yönləndirilir. Bu faktı hüquq-mühafizə orqanları asanlıqla müəyyən edə bilər. Bunun üçün Anar Hüseynovu bir saat dindirsələr, hər şey ortaya çıxacaq".

Mənbə bildirir ki, əslində Anar Hüseynov kimi fiqurlar "faizə oturmuş" hesab olunur: "Onlar nazirin qazanc gətirənləridir və ümumi qzancdan müəyyən faizi özlərinə götürürlər. Əvvəlki dönəmlərdə də KTN belə işləyib və yazıqlar olsun ki, İnam Kərimov ona olan ümidləri puça çıxararaq köhnə üsullara - TALANÇILIĞA davaç dedi..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt