Əsas Səhifə > Siyasət, Manşet > Göyçayda qazilərin əlindən qurtulan Məhkəmə sədri Fikrət Məmmədovun qəzəbinə tuş gəlsəydi…

Göyçayda qazilərin əlindən qurtulan Məhkəmə sədri Fikrət Məmmədovun qəzəbinə tuş gəlsəydi…


17-10-2022, 11:30
Göyçayda qazilərin əlindən qurtulan Məhkəmə sədri Fikrət Məmmədovun qəzəbinə tuş gəlsəydi…
Ötən həftə Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının növbəti iclasının keçirilməsi barədə məlumat yaydı. İclas barədə verilən məlumatda hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakimin intizam məsuliyyətinə cəlb edildyi, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edildiyi bildirilirdi. Amma təəssüf ki, Ədliyyə Nazirliyi qanunvericiliyin tələblərini kobudcasına pozan, intizam məsuliyyətinə cəlb edilən bu hakimlərin kimliyini açıqlamadı. Yalnız dövrü mətbuat fəaliyyətinə xitam verilən hakimlər arasında Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevin də olduğunu açıqladı. Əslində onların hər birini adı açıqlamaladırlar ki, qanunvericiliyin tələblərini pozan belə hakimləri ictimaiyyət də tanısın.

Məlum olduğu kimi, son illər Azərbaycanda ədalətli, müstəqil məhkəmə sisteminin formalaşması üçün xeyli iş görülüb. Azərbaycanda qanunvericilik Avropa standartlarına uyğunlaşdırılıb, yeni məhkəmələr yaradılıb, yeni hakimlər təyin olunub. Ədliyyə Nazirliyi hakimliyə namizədlər və bu işə yeni başlayan hakimlər üçün kurslar təşkil edib. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda hər bir vətəndaş qanuni vasitələrlə öz hüquqlarını müdafiə edə bilmir. Buna səbəb isə hakimlərin qanunları tətbiq edərkən qanunvericiliyə əməl etməmələri olur. Dövlətin əsas məqsədi qanunun aliliyini, bütün vətəndaşlarının qanun qarşısında bərabərliyini təmin etməkdir. Bu vəzifəni isə hakimlər daşıyır. Amma hakimin hansısa məmurdan asılı olub bir yanlış, ədalətsiz qərarı onlarla vətəndaşları dövlətə qarşı yönəldir. İnsan cəmiyyətdə ədaləti bərpa etməyə yer tapmayanda dövlətdən narazı olur.

Məsələn. elə Göyçay rayonundakı kimi. Rayon sakini Habil Əhmədov ölkə başçısına etdiyi müraciətdə yazır ki, “mən, 2006-cı ildə doğulub boya başa çatdığım, dədə-baba qəbirsanlığımızın yerləşdiyi doğma MirzəHüseynli kəndimizdə yerli bələdiyyəyə mürüciət edib xırda fermer təsərrüffatı ilə məşğul olmaq üçün 50 illiyə 1 hektar torpaq sahəsi icarə götürdüm.Əlimdə bələdiyyənin qanuni icarə müqaviləsi ola-ola,mülkiyyətimdə olan torpağın bütün vergi və digər kommunal rüsumlarını vaxtlı-vaxtında ödədiyim halda,2019-cu ildə çıxarılış üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən imtina cavabı aldım. Sonradan mənə məlum olub ki, bələdiyyə sədri mənim qanunu qaydada icarəmdə olan torpaqda daxil olmaqla həmin sözügedən 6 hektar ümumi örüş sahəsinə ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almışdır. Məqsəd isə, yuxarıda qeyd edilən kimi, mənim icarəmdə olan 1.0 hektar torpaq sahəsi də daxil olmaqla 6 ha ümumi örüş sahəsini küllü miqdarda pulun müqabilində özünü o vaxt ki,Göyçay rayon prokuroru Muxtar Eminovun qohumu kimi təqdim edən Məhi Nuriyev adlı kənd sakini olmayan imkanlı şəxsə vermək olub.

Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahov isə obyektiv araşdırma aparmadan iddiaçı X.Vəkilovun sanki vəkili kimi çıxış edərək, H.Əhmədovun guya bələdiyyə ilə müqaviləsinin “kökü yoxdur” deyə onun əleyhinə ədalətsiz qərar çıxarmışdır.”

Qeyd edək ki, Habil Əhmədovun sözügedən müraciəti elektron media resusrslarında yayıldıqdan sonra Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız qərarlar çıxarması barədə məlumatlar da çoxalmağa başladı. Bununla bağlı Aktualinfo.org-a Göyçay rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə oktyabr ayının 12-də bir qrup ikinci Qarabağ müharibəsi iştirakçıları, qazilər Göyçay rayon Məhkəməsinin qarşısına toplaşaraq Məhkəmənin sədri İbrahim Fəttahovun qanunazidd əməllərinə, əsassız qərarlar çıxarmasına etiraz ediblər. Qazilər hətta İbrahim Fəttahovun Göyçaydakı fəaliyyətinə xitam verilməsini tələb ediblər. Hakimlik səlahiyyətinin son müddəti olduğundan İbrahim Fəttahov səs-küyə səbəb olmasın deyə təcili rayonun polis rəisinə müraciət etməli olub. Polis rəisi hadisə yerinə gələrək qaziləri sakitləşdirdikdən sonra İbrahim Fəttahovu gözləyən təhlükə də sovuşub. Yoxsa, qazilərin qəzəbi ilə bərabər Ədliyyə naziri Fikrət Məmmədovun da qəzəbinə tuş gəlib İbrahim Fəttahovun da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilərmiş. Məlumat verən sakinlərin sözlərinə görə Göyçay rayonunda İbrahim Fəttahovun qanunazidd əməllərindən hamı narazılıq edir. Bunu Məhkəmə sədrinin özü də yaxşı dərk edir və Göyçayda son günlərini sayır. Əhali də onun çıxardığı əsassız qərarlardan əziyyət çəkir.

Aktualinfo.org

Geri qayıt