Əsas Səhifə > Siyasət, Manşet > Bərdənin icra başçısı üçün ÇƏTİN DÖNƏM...

Bərdənin icra başçısı üçün ÇƏTİN DÖNƏM...


31-10-2022, 09:14
Bərdənin icra başçısı üçün ÇƏTİN DÖNƏM...
DİA.AZ: - Cari ilin sonu yaxınlaşdıqca yerli rayon rəhbərlərinin əlavə qayğıları da yaranır. Belə ki, RİH-lərin ilin yekunları ilə bağlı verməli olduqları maliyyə hesabatları bəzi rayon icra başçıları üçün əməlli-başlı problem təşkil etməkdədir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir çətinliyi yaşayanlardan biri də Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevdir. Məlumatlı mənbə iddia edir ki, V.İsayev bu il elə bir maliyyə maxinasiyalarına imza atıb ki, ondan fələk də baş çıxara bilməz...

Mənbə bildirir: "Söhbət tenderlərdən və onların icrasından gedir. Bir tenderin nəticəsi olsa da, nəzərdə tutulan iş ümumiyyətlə icra olunmayıb və pul büdcədən diricə götürülüb".

Mənbə bu kimi faktların gərəkən qurumların nəzərində olduğunu da qeyd edir: "Hər halda buna görə Vidadi isayevin başına sığal çəkən olmayacaq..."

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt