Əsas Səhifə > Siyasət, Manşet > Niyazi Bayramovun da VAXTI YETİŞİB...

Niyazi Bayramovun da VAXTI YETİŞİB...


5-12-2022, 08:55
Niyazi Bayramovun da VAXTI YETİŞİB...
Gundelik-baku.com-a daxil olan məlumata görə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yaxın günlərdə vəzifəsindən azad olunacaq.Etibarlı mənbə onu da bildirir ki,Niyazi Bayramovun ölkələrin birinə səfir göndəriləcəyi gözlənilir.
Niyazi Bayramov 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki,vəzifədə olduğu müddətdə Niyazi Bayramov hər zaman qınaq obyekti olub.Həyat yoldaşının milyonluq obyekt işlətməsi,oğlunun milyonluq avtomobil kolleksiyasının olması və şəhid ailələrinə etdiyi hörmətsizliklərkə mətbuatın gündəmini zəbt edib.
Onu da xatırladaq ki,Niyazi Bayramov mərhum Gənclər və İdman Naziri Azad Rəhimovla quda olub.Məhz elə icra başçısı postuna da onun köməkliyi sayəsində gəldiyi də deyilir.

***

Gundelik-baku.com-a daxil olan digər məlumata görə, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Gəncə şəhərinə icra başçısı göndərilir.

Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.

2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki,hal-hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Usubov milyonluq villlaları,obyektləri və dəbdəbəli həyat tərzi keçirən məmur kimi mətbuatın gündəmində olub.
//Gundelik-baku.com//
Geri qayıt