Əsas Səhifə > Siyasət, Manşet > ASLAN PƏNCƏSİNDƏ məhv edilən dövlət agentliyi...

ASLAN PƏNCƏSİNDƏ məhv edilən dövlət agentliyi...


27-12-2022, 08:37
ASLAN PƏNCƏSİNDƏ məhv edilən dövlət agentliyi...
DİA.AZ: - "AZƏRTAC-da rəhbərlikdən xadiməsinədək hamsı ya keçmiş sədr Aslan Aslanovun qohumlarıdı və ya tapşırılmış adamlardır. Bu idarədə çox istedadlı şəxsləri uzaqlaşdıraraq A.Aslanovun yaxınlarını vəzifələrə gətirirdilər". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Əvvəli burada: AZƏRTAC-da Aslan Aslanov dövləti BELƏ QARƏT EDİB... - Adamların gözü DOYMAQ BİLMİRMİŞ...

Daha sonra məqalədə deyilir: "Bundan əlavə bu idarənin avtomobillərinin 4-ü A.Aslanovun ailəsinə xidmət edirdi. Agentliyin 10-AS-119 nömrəli Kia Karinval avtomobili şəxsən konustutsiya məhkəməsinin önündə dururdu ta o günə kimi ki, Aslan Aslanov işdən çıxdı. O, avtomobili idarə edən Aqil Mirzəyevdə həmin gün işdən çıxdı. Onun qardaşı Kamil Mirzəyev isə hazırda agentlikdə sürücü kimi fəaliyyət göstərir. İdarənin Hunday Equs markalı avtomobili isə A.Aslanovun ailəsinin işlərində fəaliyyət göstərirdi.
Bundan əlavə, A.Aslanovun qohumları yuxarı vəzifələrdə də fəaliyyət göstərirlər onlardan bir neçəsi rəhbərliyin dəyişikliyindən sonra heç bir iş bacarmadığları üçün işdən çıxarılsada hələ bir çoxu vəzifə başındadır. Misal üçün İqtisadiyyat redaksiyasının müdiri Elvin Camalov(Cəbrayıldan olan qohumu), Regionlar redaksiyasının müdiri Ceyhun ...(dostunun oğlu) və s.
Hər kəsin bildiyi kimi bu il AZƏRTAC bayram pulu və rüblük mükafatları demək olar ki, ləğv edilmişdi.
Bu idarəni demək olar ki tamamilə Tural Aslanov idarə edir. Bura işə düzələn insanların bir çoxu T.Aslanovun dostu Əlisan Quluzadə vasitəsi ilə agentliyə daxil olurlar. Təbii ki, buda rüşvətlə olur. Bu səbəbdən bu idarədə tez-tez işə zəhməti ilə düzələn şəxslər şərlənərək və ya müəyyən maniələrlə işdən kənarlaşdırılırdı. Bu timsalda Şakir Qurbanov, Rəşad Mehdiyev, Nicat Məmmədov, Rauf Məmmədov İlyas Zeynallı və sair kimi şəxslər Tural Aslanovun şəxsi prinsipləri ilə hec bir səbəb olmadan agentlikdən azad olunublar. Reklam şöbəsində ki işçilərin bir çoxu Ə.Quluzadənin əli olmaqla pulla işə düzələn şəxslərdir.
AZƏRTAC-ın avtomobillərinin hər birinə həddindən artıq yanacağ yazılaraq ordan artıq qalan pulların hər biri A.Aslanovun və T.Aslanovun cibinə gedirdi. Əgər hazırda Hesablama Palatası o avtomobilləri komputer vasitəsi ilə yoxlasa görər ki, maşinların üzərində ki məsafə göstəricilərinin hər biri qabağa çəkilib. Bütün sürücülər cərimələri ciblərindən ödədiyi halda T.Aslanovun surücüsünün cərimələrini isə sədrin maliyyə məsələləri üzrə koməkçisi - kassiri Aidə Vəliyeva idarənin balansı ilə ödəyirdi".

DAVAMI OLACAQ...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt