Əsas Səhifə > Siyasət, Manşet > Dövlətin hesabına ÖZÜNƏ BİZNES QURUB?
Dövlətin hesabına ÖZÜNƏ BİZNES QURUB?29-12-2022, 08:45 |
DİA.AZ: - "Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı 15 il ərizndə dövlətdən mənimsədiyi vəsait hesabına Ağsu rayonunun Səməd Vurğun küçəsində “Zəm-Zəm” adlı klinika inşa edib istifadəyə vermşdir. Həmin poliklinkaya Ucar xəstəxanasından avadanlıqlar aparılmışdır". DİA.AZ bildirir ki, bu iddiaya Ucar rayon sakinləri adından edilən müraciətdə yer verilib. Müraciət müəllifləri daha sonra yazırlar: "Zeynal Bayramlıya məxsus Şamaxı rayonunun Yeni Günəşli kəndində yerləşən möhtəşəm villanın dəyəri təxminən 500.000 manat təşkil edir. Bakı şəhəri Atyalı qəsəbəsi Xalid Məcdinov küçəsində yerləşən böyük bir malikanənin qiyməti 800.000 manat təşkil edir. Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən möhtəşəm villanın qiyməti təxminən 400.000 manat təşkil edir.Hansı ki, Zeynal Bayramlı hazırda Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyatdadır.Həmin kənd onun yaxın qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ana vətənidir. Göyçay rayonunda yerləşən böyük villanın dəyəri təxminən 350.000 manat təşkil edir. Əlavə olaraq qeyd edək ki, Zeynal Bayramlıya məxsus Bakı şəhərində Novaxanıda dəyəri təxminən 600.000 manat olan bir bağ evi, müxtəlif ünvanlarda yeni tikili binada olan 4 mənzil var. Faktiki Zeynal Bayramlıya məxsus olan bu mənzillərin əksəriyyəti aşkar edilməmək üçün başqa-başqa şəxslərin adına sənədləşdirilib". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |