Əsas Səhifə > Siyasət, Manşet > FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB

FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB


5-01-2023, 08:29
FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB
DİA.AZ: - "Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı "Roma" otelinə müştəri tapa bilmir. Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur". DİA.AZ bildirir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.

FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB

Satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.

Bu iddianı səsləndirən jurnalist daha sonra yazır: "Otel Heydərova məxsus "BENKONS" MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı iıə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib.

FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB

Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır".

FHN şefi xaricdəki otelini SATIŞA ÇIXARIB

DİA.AZ bildirir ki, Cavanşir Həsənli özünün bu paylaşımına ilginc şərh də verib. Həmin şərhi də təqdim edirik: "Sonra da Kəmaləddin Heydərovu bəyənmirsiniz. Bizim nazir Latviyanın keşmiş daxili işlər və müdafiə naziri Linda Murniese xanımı otelində administrator kimi işlədib.
Müəllim hər yerdə çörəkverəndir".

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt