Əsas Səhifə > Siyasət, Manşet > Göygöldə AĞACYEYƏN MƏMUR peyda olub...
Göygöldə AĞACYEYƏN MƏMUR peyda olub...10-01-2023, 09:05 |
10 il əvvəl ümumi sahəsi 12 min hektar olan Göygöl meşələrində aparılan amansız qırğınlar nəticəsində ərazinin təxminən 40 faizinin, vaxtilə bölgənin əhəmiyyətli turizm məkanlarından olan Hacıkənddə qəsəbə ətrafı meşələrin 70 faizinin qırıldığı barədə məlumat yayılmışdı. Bunun acı nəticələrini ilk hiss edənlər də istilik və dolanışıq məqsədi ilə bu qırğınlarda iştirak edən qəsəbə sakinlərinin özlərinin olduğu, sel, torpaq sürüşmələrinin adi hala çevrildiyi deyilirdi. Rəsmi rəqəmlərdə artıq 11,5 min hektar göstərilən, 500 hektarının hara qeyb olduğunu heç kəs soruşmayan Göygöl meşə fondunda qırğınlar indi də davam etməkdədir. Göygöl meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilib. Meşə sahələrinin ətrafının kol-kosla çəpərlənərək hətta donuz fermalarının saxlanıldığı, ərazinin mühafizəsinə təlim görmüş itlərin də cəlb olunduğu deyilirdi. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Məlum olduğu kimi, turizm bölgələrində yerləşən ərazilərdə meşəlikdən təmizlənmiş torpaq sahələri kifayət qədər baha qiymətə satılır. Gəncə-Hacıkənd-Göygöl yolu üzərində düzülmüş yüzlərlə ictimai iaşə obyektlərinin sahibləri yanacaq təminatını əi baltalı sahibsiz meşələrimizə hücum çəkib talamaqla ödəyirlər. Təkcə flora deyil, faunan da məhv edilir, hadir heyvan növləri – ayı, cüyür, farel balığı nizamsız surətdə ovlanır. Köşkü kənd sakini, vaxtilə Göygöl ərazisində meşə gözətçisi işləmiş Möysüm Quliyevin KİV-ə verdiyi müsahibələrdə bu məsələlərlə bağlı yetərincə informasiyalar vardır. Ekofəal Vüqar Qurbanovun redaksiyamıza verdiyi, foto-video materiallarla müşayiət olunan məlumatlardan bəlli olur ki, Zurnabad meşələrində 7 – 8 ağac kömürü istehsalçıları qanunsuz şəkildə ağacları qırmaqla məşğuldurlar. Video-materiallarda aşkar görünür ki, kömürçülər hətta polis sahə məntəqəlkərinin yaxınlığında, hüquq-mühafizə işçilərinin gözü qarşısında belə talançılıqdan çəkinmirlər. Digər foto-video materialda Hacıkənd meşə dolaylarında ağacların kütləvi qırılması faktları ifşa olunur. Vüqar Qurbanovun sözlərinə görə, dəfələrlə parket sexlərinə qırılmış yaş fıstıq ağacları daşıyan yük maşınlarının qarşısını kəsərək rayon prokurorluğuna təhvil verib. Amma təəssüflər olsun ki, hər dəfə polis maşınları və sahiblərini sərbəst buraxıb. Vüqar Qurbanov hesab edir ki, bütün bu neqativ hallara rəvac verənlər nazir müavini Vüqar Kərimov, ETSN-nin Meşələrin İnkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynov, Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin rəis əvəzi Vəlyəddin Baxşəliyev, Hacıkəndin baş meşəbəyi Haqverdi Məmmədov və inspektor İsmayıldır. Yeri gəlmişkən, 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin də yuxarıda qeyd olunan talan aktlarında məsuliyyəti az deyil. Övlət tərəfindən meşə bərpası üçün hər il ayrılan ortalama 50-60 min manat vəsait təyinatı üzrə istifadə olunmur, qarşılığında yetərincə əkin işləri aparılmır. Bu mövzuda qələmə aldığımnız ötən yazıda bir statistikaya diqqət ayırmışdıq: 2021-ci ildə isə 8 min kub-metrə düşüb. Bir il əvvəl həmin vəzifəyə Xalıqverdi Hüseynov təyin olunandan sonra 2022-ci il üzrə qırma göstəricisi yenidən 50-60 faiz sıçrayaraq 13 min kub-metrə yüksəlib. Təxmin edirik ki, Azərbaycan ekologiyasına Xaliqin verdiyi bəla - Xalıqverdi Hüseynov talançılığa patronajlığını bu templə davam etsə, 2023-cü ildə həmin mənfi göstərici 33 min kubu aşacaq. Mövzuya qayıdacağıq. //azerinfo.media// Geri qayıt |