Əsas Səhifə > Siyasət, Manşet > Prezidentin açılışını etdiyi məktəb NİYƏ BAĞLI QALIB?

Prezidentin açılışını etdiyi məktəb NİYƏ BAĞLI QALIB?


20-01-2023, 08:17
Prezidentin açılışını etdiyi məktəb NİYƏ BAĞLI QALIB?
Prezident və 1-ci vitse-prezidentin açılışını etdiyi məktəb kanalizasiya sisteminin olmamağına görə istifadəyə verilmir

DİA.AZ xatırladır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kürdəxanı qəsəbəsində tikilən 304 nömrəli tam orta məktəbin açılışını ötən il mayın 2-də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva edib.

Sentyabrda təhsil ocağının şagirdlərin üzünə açılacağı planlaşdırılsa da, bu, baş verməyib. Səbəb ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamağından məktəbin həyətini çirkab suların basmasıdır.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt