Əsas Səhifə > Siyasət, Manşet > Bəylər Əyyubovun GÖMRÜKDƏKİ TƏZAHÜRÜ: RAMAL TRANS...
Bəylər Əyyubovun GÖMRÜKDƏKİ TƏZAHÜRÜ: RAMAL TRANS...2-02-2023, 08:37 |
DİA.AZ: - Keçən günlərdə gömrükdə sahibkaralara qənim kəsilən "Ramal Trans" MMC ilə bağlı ilginc faktları təqdim etmişdik. DİA.AZ-a yazan sahibkarlar bu qurum adından edilən özbaşınalıqlara Dövlət Gömrük Komitəsi rəhbərliyinin ən yaxşı halda susqun qalmasından, əslində isə birbaşa şərait yaratmasından giley edirdilər. YAZISI BURADA: Şahin Bağırov da RAMAL TRANS-ın NAZI İLƏ OYNAYIR... - Səfər Mehdiyevə NİYƏ DƏYDİLƏR Kİ? Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində DGK rəhbərliyinin "Ramal Trans" ("İpek Yolu" terminalının rəsmi adıdır bu - dia-az.life) adlı şirkətin nazı ilə oynaması səbəbsiz deyil, şünki başqa yolları yoxdur: "Hər halda, hər kəs bu MMC-nin kimə məxsus olduğunu yaxşı bilir..." Mənbə iddia edir ki, "Ramal Trans"ın arxasında Prezidentin Mühafizə Xidmətinin rəisi General Bəylər Əyyubov şəxsən dayanır: "Bilirsiniz, bu ambar Bəylər müəllimin qardaşı oğlu olan Ruslanındır. Onun Həsən adlı bir qardaşı da gömrükdə generaldır. Ona görə də bunların dünya-aləm veclərinə deyil.. Bu səbəbdən də "Ramal Trans"da bütün sahibkarlara zülm edilir və kimsə də tədbir görmür, görə bilmir. Burada bütün sahibkarlara aid maşınlar sıraya düzürlar, kim pul verir... tez keçir, verməyən də qalır sabaha və ya o biri günə.. Ambara maşını salmaq da ki hardasa 800 manata başa gəlir və qəbz də ki verilmir... Beləcə, Bəylər müəllimin gömrükdəki payı da düzəlmiş olur..." Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |