Əsas Səhifə > Siyasət, Manşet > "Şəki rayon Məşğuluq Mərkəzi dədə-babadan miras qalmış bir mülkü xatırladır..."
"Şəki rayon Məşğuluq Mərkəzi dədə-babadan miras qalmış bir mülkü xatırladır..."9-02-2023, 09:12 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. Azərbaycan Respublikası Baş Prokuror cənab Kamran Əliyevə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Sahil Babayevə. Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə. Şəki rayonu, Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşan, Laçın rayonundan məcburi köçkün Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən M Ü R A C İ Ə T Müraciətim ondan ibarətdir ki, Şəki rayon Məşğulluq Mərkəzində baş verən xoşagəlməz əməllər, birbaşa vətəndaş hüquqlarının tapdalanmasına gətirib çıxardıb. Korrupsiya yuvasına çevrilən bu mərkəzin direktoru Abdulla Kərimov, ancaq öz yaxın çevrəsinə və imkanlı şəxslərə xidmət göstərilməsi haqda öz qanunsuz tapşırıqlarını verməsi, vətəndaşlar arasında çaşqınlıq yaradaraq narazılığa səbəb olmuşdur. Geniş miqyasda neqativ əməlləri olan və yeni-yeni rüşvət toxumları səpən bu direktorun şəxsi tapşırığını, əməkdaşları tərəfindən necə lazımdır icra edilir. Dövlətimizin özünəməşğulluq proqramı çərçivəsində imzaladığı qərarlara zidd gedib, kölgə salınaraq Şəki rayon Məşğulluq Mərkəzi yeyinti mərkəzinə çevrilib. Yenə qeyd edərək onu vurğulayıram ki, belə çirkin işlərə birbaşa Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimov şərait yaradıb. Şəki rayon Məşğuluq Mərkəzi dədə-babadan miras qalmış bir mülkü xatırladır. Sanki elə bil şəxsi iqamətgahlarıdı və o cürə hərəkət edirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin diqqət mərkəzindən yan ötən bu mərkəzdə əhaliyə yuxarıdan baxmaqla, aşağılanır. Burada rəhbər şəxslərlə dolayı yollar ilə razılaşanların məsələsi öz həllini tapır. Digər haqlı vətəndaşlar isə müxtəlif bəhanələrlə, yalançı vədlərlə yubadılır. Onuda qeyd edərək xahiş edirəm ki, bizlərə bu Mərkəzə maddi vəsaiti yaxşı olan imkanlı şəxslər, daydayı olanlar və sair kimi şəxslər" müraciət edə bilər rəsmi cavablarını göndərsinlər və bizdə səhv ünvana müraciət etdiyimizi dərk edərək, birdə belə bir səhvə yol verməyək. Gör Dövlət qurumunu nə vəziyyətə gətirib çıxardıblar. Hətta vəziyyət o yerdədir ki, Abdulla Kərimov məşğulluğa müraciət edən vətəndaşlara əlin cibində olsun anlayışını işə salaraq qeyr-qanunsuzluğa yol verib öz bildiyini edir. Və bu ənənəyədə sadiq bir məmurdur. Bu mərkəzə gələn yoxlamaları yola verərək, qanunsuz işlərini ört-basdır etdirməkdə, Abdulla Kərimov mahir peşəkar məmur obrazını çox yüksək səviyyədə özündə canlandıra bilir. Saymaqla-qurtarmayacaq qədər özbaşınalıqlar artır pik nöqtədir. Hətta burada bu məmur ilk növbədə həssas təbəqələrə köməklik edilməsinidə unudub. Aidiyyatı orqanlar, belə korrupsiya çirkabına bulaşmış bir xidmət mərkəzindən yəqin xəbərsizdilər. Yoxsa bu vaxta kimi məncə tədbir görmüş olmaları lazım idi. Bir məsələnidə vurğulamaq istəyirəm ki, Dövlətin özünəməşğulluq proqramı çərçivəsində ayırdığı pul vəsaitini mənimsəyərək əhalini sağlam heyvanlar ilə təmin etmək əvəzinə, xəstə mal-qara verilərək qanunsuzluğa imza atırlar. Nə qanunsuzluq varsa, hamısı Şəki rayon Məşğulluq Mərkəzində cəmləşib. Ona görədə sizin sayt vasitəsilə bu yazımın ictimailəşməsini və bu Mərkəzdə baş verən neqativ halların ciddi araşdırılmasını xahiş edirəm. Xahiş edirəm ki, bu özbaşınalıqdan cənab Prezident və aidiyyatı orqanların məlumatı olsun ki, öz tədbirlərini görsünlər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq... RegionXəbərləricom.az Geri qayıt |