Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycanda yeni m10 təbiqi TƏHLÜKƏSİ...

Azərbaycanda yeni m10 təbiqi TƏHLÜKƏSİ...


22-02-2023, 09:58
Azərbaycanda yeni m10 təbiqi TƏHLÜKƏSİ...
DİA.AZ: - "İstənilən şəxsin mobil nömrəsinə və ya bank kartına pul köçürə bilərsiniz – hətta həmin şəxs m10 istifadəçisi olmasa belə!" DİA.AZ bildirir ki, bu ifadələr bank əməliyyatlarında və digər bu kimi hallarda ən rahat vasitə olduğunu iddia edən m10 tətbiqinin reklamında yer alıb. Amma görünəni odur ki, vətəndaşlar bu tətbiqlə bağlı tamam fərqli fikirdədirlər və aydın olan məqamlar onu təsdiqləyir ki, burada vətəndaş narahatçılığı üçün yetərincə əsas var.

"M10 bizlərə, sizlərə görə yaxşı ola bilər... Amma bəzi məlumatları oxumaq lazımdır və bunları mən oxuyandan sonra M10 barədə yaxşı fikrə gəlmədim". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaşlardan biri qeyd edir.

Azərbaycanda yeni m10 təbiqi TƏHLÜKƏSİ...

Daha sonra narazı vətəndaş yazır: "Bu heç də yaxşı deyil... Sizin hər bir işinizdən onların məlumatı olacaq.

M10 bizim haqqımızda hər bir məlumatı torpayır... Guya bizə yaxşı xidmət etmələri üçün..."

Daha sonra narazı vətəndaş fikrini əsaslandıran sübutu təqdim edir:

Azərbaycanda yeni m10 təbiqi TƏHLÜKƏSİ...

Hər halda, belə bir faktın mövcudluğu Azərbaycanda bu sahəyə nəzarət edən rəsmi qurumlarımızın da ilgisini çəkməlidir. Çünki məsələ olduqca ciddidir və bu faktla bağlı araşdırma apararaq bu təqbiqin təşkilatçılarının da geniş rəyini öyrənməyə çalışacağıq.

Bizi izləməyə davam edin...

Geri qayıt