Əsas Səhifə > Siyasət, Manşet > Penitensiar Xidmətin NAŞI TENDER ORTAĞI...

Penitensiar Xidmətin NAŞI TENDER ORTAĞI...


2-03-2023, 08:53
Penitensiar Xidmətin NAŞI TENDER ORTAĞI...
DİA.AZ: - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 Saylı Cəzaçəkmə Müəssisəsi "Yumşaq inventarların satınalınması" tenderinə yekun vurub.

DİA.AZ xəbər verir ki, "Pearl Light Suplier" MMC qalib seçilib. Tenderin dəyəri isə 169 998 manatdır.

Onu da bildirək ki, sözügedən MMC-nin adına ilk dəfə idi rast gəldiyimizdən diqqətimizi çəkdi və dia-az.life olaraq araşdırma apardıq. Ortaya iəs ilginc nəticələr çıxdı.

Aydın olur ki, "Pearl Light Suplier" MMC güman etdiyimiz kimi yeni bir şirkətdir.

DİA.AZ-ın əldə etdiyi məlumata görə, bu MMC 24 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnaə kapitalı 2 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Polad Həşimov küçəsi, ev 94/B, döngə 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Yusibova Lütviyyə Şöyüb qızıdır.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. “Pearl Light Supplier” MMC isə 4 ayın şirkətidir və bu şərtlərə cavab verəcəyi inandırıcı görünmür.

Və buna qədər bu MMC-yə yalnız bir tender həvalə olunub ki, onu da Lerik icra hakimiyyəti rəva görüb. Bu isə sözügedən şirkətlə Lerik RİH rəhbərliyinin hansısa bağlantısının olması ehtimalını daa yaradır. Bu barədə də araşdırmamız olacaq.

Keçəni ilin dekabr ayında Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi həmin dönəmdə 1 ayın şirkəti olan sözügedən MMC ilə satınalma müqaviləsi imzalayıb. “Pearl Light Supplier” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri 32 982.87 AZN təşkil edirdi. Müqavilədə kommunal yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulurdu.

İndi isə aydın olur ki, bu səriştəsiz şirkətlə Penitensiar Xidmətin tender ortaqlığı yaranıb. Hər halda gərəkən qurumlar üçün də bir araşdırma mövzusu ola bilər...

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt