Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda daha bir NARAZILIQ OCAĞI
Naxçıvanda daha bir NARAZILIQ OCAĞI8-04-2023, 03:03 |
Naxçıvandakı dövlət xəstəxanalarında tibbi arayışların verilməsi üçün alınan məbləğ 50 faiz bahalaşıb. Əvvəllər 30-40 manata satılan arayışları üçün indi 50-60 manat tələb olunur. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Şikayətçilər deyir ki, bundan əlavə onlar ödədikləri məbləğ üçün qəbz də ala bilmirlər. Bu da alınan pulların büdcədən gizlədilməsi, baş həkimlər tərəfindən mənimsənilməsi şübhəsi yaradır. Sağlamlıq haqda arayışlar üçün ödənilməli olan rüsumun qiyməti ötən ilin sonlarından rəsmi olaraq 40 manat 12 qəpik təyin olunub. Sakinlər deyir ki, Naxçıvan xəstəxanalarında alınan pul rəsmiləşdirilmədiyi üçün, bir müddət əvvələ kimi arayışı 25-30 manata da almaq olurmuş. Şərur rayon sakini İlqar Həsənov deyir ki, məhkəməyə təqdim etmək üçün həyat yoldaşı və özünün arayışa ehtiyacı olub. Naxçıvan Psixi Xəstəliklər Dispanserində hər bir arayış üçün onlardan 60 manat tələb edib: “Biz bu qiymətə etiraz etdik. Dövlər rüsumu olan 41 manatı ödəyəcəyimi bildirəndə, həkim dedi ki, verə bilmərəm. O qədər pulumuzun olmadığını bildirib, etiraz etdik, həkim də 50 manata razılaşdı. Müayinə etmədən arayışları yazıb verdi. Ödənişlə bağlı qəbz istədim, dedilər bizdə qəbz-zad olmur”. Digər şikayətçi Səlim Nuriyev də deyir ki, Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserindən arayış alarkən, ondan 60 manat tələb olunub: “Müayinədən keçməyi tələb etdim, dedilər elə şey yoxdur, pulunu ver arayışını verək. Mən həqiqətən də müayinədən keçmək istəyirdim ki, bəlkə xəstəliyim var. Pulu ödəyirəmsə, bu imkandan niyə yararlanmayım. Nə isə, gördüm olmayacaq, dedim ki, qanunla tələb olunan rüsumu ödəyə bilərəm. Yəni, 41 manat. Heç cür razılaşmadılar. 60 manatımı almamış, arayışı vermədilər. Ödədiyim pula görə rüsum istədim, həkimlər mənə güldülər”. Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyi ilə əlaqə saxlarıq. Nazirlikdən sakinləri iddialarını rədd etdilər. Geri qayıt |