Əsas Səhifə > Siyasət, Manşet > Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...

Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...


25-04-2023, 08:53
Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...
DİA.AZ: - Göyçay rayon Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Göyçay rayonu Çərəkə kəndində sakinlərin həyatı təhlükədədir. Kənddə transformatorlar mühafizəsiz haldadır. Elektrik dirəkləri qəzalı vəziyyətdədir, naqillər öz istismar müddətini başa vurub. Şəkildə gördüyünüz kimi, "Azərişıq" ASC sanki Göyçayın Çərəkə adlı kəndini unudub və ya ümumiyyətlə buradan xəbərsizdir. Hətta kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyimizin binasındakı divarlara quraşdırılmış elektrik sayğaclarının belə insanların həyatı üçün təhlükəli olduğu açıq-aşkar görünməkdədir.
Hansıki Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində: "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər" - qeyd olunmuşdur. Dəfələrlə "Azərişıq" ASC-nin qaynar xətt nömrəsinə zəng edərək bu haqda şikayətimizi bildirmişik. Lakin, nəticəsi olmayıb. Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevə gəldikdə isə o, kəndimizdə yaranmış təhlükəli faktlardan heç də məlumatsız deyildir. Rayonun bir çox yerlərində olduğu kimi, fəsillər boyu Çərəkə kəndində zəif külək əsərkən, yağış və qar yağdığı zaman elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranır, gecələr qaranlıqlara qərq oluruq. Bu, kəndimizdə artıq adət halına çevrilib. Həmçinin, yağan güclü yağış kənd ərazisində yerləşən transformatorların hər hansısa birini və ya bir neçəsi partladaraq sıradan çıxarır. Belə qorxunc hallar əksər vaxtlarda yanğınlara səbəb olur. Hadisə yerinə FHN-nin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilir. Ən betəri isə Göyçay rayon Çərəkə kənd 1-saylı tam orta məktəbin həyətində qoyulmuş transformatordur ki, bu, şagirdlərin həyatı üçün olduqca təhlükəlidir. 5556 nəfərdən çox əhalisi, 2000-dən çox təsərrüfatı olan kəndimizin yaxası "Azərişıq" ASC Göyçay Elektrik Şəbəkəsinin özbaşınalıqlarından və məsuliyyətsizliyindən tezliklə xilas edilməlidir.
Sizdən həm öz adımdan, həm də Çərəkə kənd sakinləri adından çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı faktların yerində, obyektiv araşdırılması və təcili tədbirlər görülməsi üçün tapşırıq verəsiniz. Mən gənc ictimai fəal olaraq öz vətəndaşlıq borcumu yerinə yetirmək istədim. Ümid edirəm ki, şikayətim yüksək səviyyədə təmin ediləcəkdir".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq...

Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...
Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...
Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...
Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...
Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər...

Geri qayıt